GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » "Əclaf, mənə xəyanət edirmiş..."

"Əclaf, mənə xəyanət edirmiş..."

Tarix: 20-12-2013, 14:18 Bölmə :Ölkə Baxış: 825
"Əclaf, mənə xəyanət edirmiş..."
Müasir dövrümüzdə çox tez-tez ifadə edilən bir söz var – xəyanət. Bu kəlmənin ardında isə neçə-neçə mübahisələr, təhqirlər, hətta fiziki təzyiqə qədər gedib çıxan münaqişələr və nəhayət, ailənin süqutu – yeni günümüzün xoşagəlməz dəbi adını alan boşanmalar durur. Geridə qalan xəyanətə uğrayanın sarsıntısı, aşağılanmaq hissi, insanlara, xüsusilə qarşı cinsə inamsızlıq və zaman keçdikcə nifrət hissinin yaranması, stress, depresiyyadır. Nadir hallarda isə xəyanət edənin müvəqqəti və ya bir anlıq çılğınlıqla ailəsində yaratdığı narahatlıq və əksər hallarda boşanma peşmanlığı.


Samirə Quliyevanın 29 yaşı var. 7 ildir ki, ailə həyatı quran Samirə həyat yoldaşının ona xəyanət etdiyini deyir. “Cəmi 3 il xoşbəxt yaşadıq. Yəni bu müddətdə onun xəyanətini hiss etməmişdim. Bəlkə də o qədər inanırdım ki, ağlıma gətirmədiyim üçün başa da düşmürdüm. Amma ikinci övladımız dünyaya gələndən sonra yoldaşım mənə qarşə əməlli-başlı soyudu. Aylarla mənə yaxın durmur. Nə olsun hər gecə evdədir. Bütün gecəni əlində telefon, nə yazır, nə edir bilmirəm. Danışanda da deyir ki, “sənin başın xarab olub, oyun oynayıram”. Artıq rahatlıq mənə haram olub. Sanki hər an tərk ediləcəyəm hissini yaşayıram. Gecələri ağlamaqdan bezmişəm. Nə etməliyəm bilmirəm. Axı mən nə etdim ki, o, məndən bu qədər soyudu?”.

Maraqlıdır, sədaqət, vəfa olduğu halda kişilərin xəyanət etmələrinin səbəbləri nədir? Ümumiyyətlə, kişi xəyanəti nədən yaranır?

Psixoloq Rəvanə Quluzadənin sözlərinə görə, xəyanət ilk öncə ailədə sevginin azalması və itməsindən irəli gəlir. Bu səbəb ailəni kişi üçün maraqsızlaşdırır və kişi kənarda ehtiyacı olan sevginin axtarışına çıxır. İkinci səbəb isə qadının yoldaşına olan diqqətsizliyindən irəli gəlir. Bu diqqətsizlik nəticəsində ailədə psixoloji soyuqluğun baş qaldırması və kişinin ailəyə bağlı olan tellərinin yavaş-yavaş donması prosesi yaranır. Psixoloqun fikrincə, kişi xəyanətinin üçüncü səbəbi qadının çox danışmasıdır. Təbii ki, bu danışıqda mehribanlıq, nəvaziş və minnətdarlıq dolu sözlərdən istifadə edilmir.

Hər birimizin bildiyi və qəbul etdiyi, el arasında işlənən tam mənalı bir fikir var: “Subaylıq sultanlıqdır”. Bu, kişilərin az qala səcdə etdiyi fikirdir. Bu sadə fikrin arxasında əks cinsin bəlkə də faciə kimi qəbul etdiyi problemlər tüğyan edir. Məişət qayğıları, günlük problemlər, ailənin maddi təminatında olan natamamlıqlar, övlad tərbiyəsinin çətinlikləri, hər dövrdə öz aktuallığını itirməyən gəlin-qayınana çəkişmələri və s. Nəhayət, qadın günün sonunadək çarpışdığı bu böyük və kiçik problemlərin nəticəsi kimi mənfi emosiyalarla yüklənir. Axşam işdən yorğun gələn həyat yoldaşınn qarşılaşdığı üz mimikasını isə təsvir etməyə ehtiyac yoxdur. Kişi bu mimikanın ardınca nələr olacağını təxmin edir və zehnində bircə reaksiya - “yenə?” şikayət dolu bir sual yaranır. Qadın imkan tapan kimi ərinə, gün ərzində yaşadığı sıxıntıları bir-bir şikayət və qınaq formasında dilə gətirməyə başlayır. Kişilərin deyingənlik kimi qəbul etdiyi bu qınaq forması onu qadındandan bir qədər də uzaqlaşdırır. Və kişi bu qarışıqlıqdan uzaqlaşmaq üçün qurtuluşu başqa qadında, daha dəqiq desək, onun üzərinə heç bir məsuliyyət qoymayan, sevimli, qayğıkeş, gülərüz, dərd-sərdən uzaq bir xilaskarda axtarır və əksər hallarda tapır.

R. Quluzadə deyir ki, kişi xəyanətinin dördüncü səbəbi kişinin eqosundan irəli gələn bir haldır. Bildiyiniz kimi, kişilər qadınlar tərəfindən arzu olunmağı sevirlər. Hər hansı bir qadın ona onu arzu etdiyini ifadələr, mimika və ya jestlərlərlə ifadə etsə, o kişinin həmin qaıdnla xəyanəti qaçılmazdır: “Digər bir səbəb isə qadın və kişi arasında intim münasibətin monotonlaşması və ya bu münasibətin tamamilə pozulmasıdır. Bu isə kişini sıxar və yeni münasibətlər axtarışına çıxarar. Kişi xəyanəti xarakterik səbəblərdən də meydana gələ bilir. Macəra, adrenalin ehtiyacı duyan əks cins, böyük ehtimalla gizli münasibətlər arxasınca düşəcək və bu hissləri ailədən gizli, yasaq münasibət kimi yaşamaq ona həyat eşqi gətirəcək. Necə deyərlər, bir növ özünü cavan saxlayacaq”.

Xəyanətin digər bir səbəbi isə kişinin nə vaxtsa etdiyi xəyanətin qadın tərəfindən bağışlanmasıdır. Bağışlanmaq kişidə yenidən xəyanət etmək cəsarəti yaradır. Qadını inandıra biləcəyinə inan kişilərdə də xəyanət etmək üçün cəsarət yaranır. Kişilərin fikrincə, gözün görmədiyini qəlb də hiss etməz. Bu anlayış isə daha sonra öz təsdiqini tapmır və edilən xəyanət qadın tərəfindən aşkarlanır. Bəzi hallarda xəyanət edən insanın valideynlərini, hansı şəraitdə böyüdüyü araşdırıldıqda çox vacib və əsas bir nüans ortaya çıxır. Uşaq ailədə valideynlərindən birinin digərinə xəyanətini bilərək böyüyürsə, bir müddət sonra sədaqətsizliyi, xəyanəti normal bir əxlaq forması olaraq qəbul edir. Müəyyən bir zamandan sonra isə o da doğru, normal bildiyi yanlışı təkrarlayır.
Psixoloq qeyd edir ki, bütün bu səbəblər xəyanətdən uzaq, səqadət içində yaşaya bilməyin açarıdır. Xəyanət nə səbəblə olursa olsun haqq qazandırılması mümkün olmayan, dinimizə, insanlığımıza və əxlaq çərçivəmizə heç cürə sığmayan böyük bir yanlışdır. Bu yanlışa yol verməmək və görməmək üçün isə edəcəyimiz çox şey öz əlimizdədir.
Xəyanət şirin görünən zəhərli bir təam kimidir. Yeyərik ağzımız şirinlənər. Bir də baxarıq ki, zəhəri qanımıza işləyib, artıq məhvimizə yaxındır.
Maraqla, həyacanla , xoş hisslərlə başlayan xəyanətin sonu yalnız peşmanlıqdır
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xəyanət edən ərinin cinsiyyət orqanını kəsdi

    Xəyanət edən ərinin cinsiyyət orqanını kəsdi ...

    9-06-2016, 11:25

  • 
  • Rafet El Romanın xanımı ona 59 yaşlı şoumenlə xəyanət edir - FOTO

    Rafet El Romanın xanımı ona 59 yaşlı şoumenlə ...

    23-07-2016, 13:13

  • 
  • Xalq artistindən etiraf: "...xəyanət etmişəm"

    Xalq artistindən etiraf: "...xəyanət ...

    28-01-2015, 22:55

  • 
  • Ailəmin dağılmasında bir çox səbəblər oldu. Onlardan biri də xəyanət idi

    Ailəmin dağılmasında bir çox səbəblər oldu. ...

    29-11-2014, 23:36

  • 
  • Ərimə qaynımla xəyanət etdim

    Ərimə qaynımla xəyanət etdim ...

    31-03-2015, 20:20


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (160)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu