Rusiyada baş verən hadisə nəticəsində xəsarət alan qadınlardan biri xəstəxanada öldü
Hadisə Rusiyanın Orlov şəhərində sərxoş sərnişin idarəetdiyi "Reno-Meqan" markalı avtomobillə piyada keçidinə girib və orada olan iki qadını vurub. Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan qadınlardan biri dünyasını dəyişib. Digər qadının isə döş qəfəsindən zədə aldığı və omba sümüyünün sındığı bildirilir. Xəstəxanadan verilən məlumata görə, qadın ilkin tibbi yardımdan sonra evə buraxılıb.
Aparılan araşdırmalar zamanı qadınların yalnız doğum tarixləri müəyyənləşdirilib. Ölən qadın 1949-cu il təvəllüdlüdür. Digər qadın isə 1970-ci il doğumlu Orlov şəhər sakinidir.
Araşdırma zamanı qəzanı törədən şəxsin kimliyə də müəyyən olunub. Onun şəhər polis bölmələrindən birinin zabiti olduğu və onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi məlum olub.
Orlov şəhər idarəsində sərxoş zabitlə bağlı istintaq əməliyyatının aparıldığı qeyd olunur. Əgər onun yol-nəqliyyat hadisəsi törətməsi sübut olunarsa, istefaya göndərilməsi, o cümlədən onun bilavasitə rəislərinin ciddi inzibati cəriməyə cəlb ediləcəyi gözlənilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?