Bu gün Sumqayıt şəhəri yaxınlığında baş vermiş dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar aydın olub. Hadisə şahidlərinin Lent.az-a verdiyi məlumata görə, qəza zamanı “Mercedes” markalı minik avtomobili ilə betonqarışdıran yük maşını toqquşub. Nəticədə sürücünün idarəetməsindən çıxan yük maşını yolun ortasındakı metal çəpərləri dağıdaraq əks istiqamətə keçib və “Nissan Tiida”ya çırpılıb. Yük maşını “Nissan Tiida”nın üstünə aşıb. Avtomobildə olan 5 nəfər elə hadisə yerindəcə keçinib.
Ölən şəxslər yük maşının ağırlığı altında tanınmaz hala düşdüyündən onların şəxsiyyətini müəyyən etmək hələlik mümkün olmayıb. Hadisə yerində hüquq-mühafizə orqanları əməkdaşları gəlib.
***
13.25
Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, “Azərkörpü” Tikinti Şirkətinə məxsus 90-AG-518 dövlət nömrə nişanlı, “KamAZ” markalı beton qarışdıran maşın 10-LM-061 dövlət nömrə nişanlı taksi fəaliyyəti ilə məşğul “Nissan” və “Mercedes” markalı avtomobillərin üstünə aşıb. İlkin məlumata görə, qəza nəticəsində 5 nəfər ölüb.
***
13.08
Bu gün Bakı-Quba yolunun Sumqayıt şəhəri yaxınlığından keçən hissəsində dəhşətli qəza olub. Hadisə yerində olan şəxslərin Lent.az-a verilən məlumata görə, Saray postu yaxınlığında “Nissan Tiida” markalı minik avtomobili beton qarışdıran yük maşınına çırpılıb. Nəticədə minik avtomobilində olan 5 nəfər hadisə yerindəcə keçinib.
Hadisə yerində araşdırmalar aparılır, qəzanın səbəbləri araşdırılır. Həlak olanların sayının bu qədər çox olmasının səbəbi hələlik açıqlanmayıb.
Sorğu
Yeni dizaynımız necədir?