Əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyovla Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov arasında gedən çəkişmənin son günü məlum oldu.
Dekabrın 26-da qərar veriləcək: ev ya uçulacaq, ya da bərpa olunacaq.
Bununla bağlı AzNews.az-a açıqlama verən Şeyx Əbdül Mahmudbəyovun sözlərinə görə, dekabrın 26-da onun yaşadığı evə son dəfə baxış keçirilib, yekun qərar veriləcək:
“Bakı Apellyasiya Məhkəməsi, Məhkəmə Ekspert Komissiyası, Nəsimi Rayon İcra Hakimiyyəti və Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri bizim evə baxış keçirək. Bundan sonra bilinəcək ki, ev təmir ediləcək, yoxsa tamamilə söküləcək.
Bilirsiniz ki, evimi dağıdıb viran qoyublar. Qoy görək, nə deyəcəklər. Hamı bilir ki, mən küçələrdə qalmışam. Atdım dövlətin üstünə, görək nə deyəcəklər. Əgər verilən qərar məni qane etməsə, hansı addımı atacağımı o zaman deyəcəm”.
Qeyd edək ki, “Qış bulvarı”nın tikintisi zamanı Ə.Mahmudbəyovun evinə ciddi ziyan dəyib və evi qəzalı vəziyyətə düşüb. Buna görə də o, Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?