Qafqaz Universitetinin rektoru Əhməd Sanıc tələbələri toplayaraq Fətullah Gülənin Rəcəb Tayyib Ərdoğana etdiyi qarğışa amin deməyə çağırıb. Bu sözlər redaksiyamıza universitetin tələbələrindən birindən daxil olmuş şikayət məktubunda yer alıb. Məktubda bu cür halların Çağ Öyrətimin orta məktəblərində və Araz kurslarında da təkrarlandığı bildirilib: “Fətullah Gülən Rəcəb Tayyib Ərdoğana bəddua edib deyə başımı xarab ediblər. Qafqaz Universitetinin konfrans zalında universitetin rektoru Əhməd Sanıc bizi toplayıb deyir ki, Hoca Əfəndinin duasına amin deyin. Böyük ekranda Fətullah Gülənin bədduasını qoyub bizə amin dedizdirirlər. Çox tələbə etiraz edir və etiraz edəni universitetdən qovmaqla ittiham edirlər”. Universitetdə həmçinin toplu şəkildə duaların keçirildiyi də qeyd edilib. “Fətullah Gülən xəstələnən kimi hamını duaya toplayırlar. Nə bilim hoca əfəndimiz xəstədir, toplu dua edin. İndi də bəddua etdirirlər”. Qeyd edək ki, bir müddət əvvəl sosial şəbəkələrdə Fətullah Gülənin Türkiyədəki hadisələrlə əlaqədar Baş nazir Rəcəb Tayyib Ərdoğana etdiyi qarğış videosu yayılmışdı.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?