Gəncədə dövlətlərarası axtarışa verilən şəxs sənəd almaq üçün “ASAN Xidmət” mərkəzinə müraciət edib.
Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, Gəncə “ASAN Xidmət" mərkəzi tərəfindən Kəpəz rayon Polis İdarəsinə təqdim edilən Qazaxıstan Respublikasının Uralsk vilayətinin Terektinsk rayonunda anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmayan 26 yaşlı Məmmədov Vasif Ağaverdi oğlunun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 111-ci maddəsinin 1-ci hissəsi ilə dövlətlərarası axtarışda olduğu müəyyənləşib.
Qəsdən bədənə ağır xəsarət yetirməkdə təqsirli bilinən Vasif Məmmədov barəsində DİN-in Beynəlxalq Cinayət Axtarış İdarəsinə məlumat verilib və sənədlər Gəncə Şəhər Prokurorluğuna təqdim olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?