Ali Məhkəmənin Plenumunun qərarına uyğun olaraq yanvarın 17-də Bakı Apellyasiya Məhkəməsində Əli İnsanovun işinə yenidən baxılacaq.
Bu barədə məlumatı AzNews.az-a keçmiş nazirin vəkili Toğrul Babayev verib. Hakim Qədim Babayevin sədrliyi ilə keçiriləcək məhkəmə iclasında Əli İnsanovun iştirakı gözlənilir:
“Noyabrın 13-də Ali Məhkəmənin Plenumunda Əli İnsanovun barəsindəki hökmün qüvvədə saxlanılmasıyla bağlı Apellyasiya Məhkəməsi və Ali Məhkəmənin qərarları ləğv olunub. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Yanvarın 17-də Plenumun qərarına uyğun olaraq Bakı Apellyasiya Məhkəməsində işə yenidən baxılacaq”.
Ancaq bu, həmin gün Əli İnsanovla bağlı keçiriləcək ilk məhkəmə prosesi olmayacaq. Həmin gün Bakı Apellyasiya Məhkəməsində hakim Sənan Hacıyevin sədrliyi ilə Əli İnsanovun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinə qarşı iddiasına da baxılacaq.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?