"Yol hərəkatı qaydalarını pozanlar heç də qurbanlar deyil"
Hadisə Bayram günləri qəzasız da ötüşməyib. Bu məsələyə diqqət çəkməyimizin məqsədi isə bu tətildə yol qəzalarının həddindən artıq çox olması oldu. Mövzunu Baş Dövlət Yol polis İdarəsinin rəsmisi ilə müzakirə etdik.
BDYPİ-nin mətbuat xidmətinin rəisi, Kamran Əliyev: “Yol hərəkatı qaydalarını pozanlar heç də qurbanlar deyil. Yəni burda ancaq qayda pozan insanlar həlak olmur. Orda sərnişinlər ümmumiyyətlə təqsiri olmayan insanlarda var. Amma istənilən halda hər bir yol nəqliyyat hadisəsi bir nəfər hərəkət iştirakçısının təqsiri üzündən baş verir. Bu piyada, sürücü və yaxud sərnişində ola bilər. Sürücünün diqqətini yayındıra biləcək söhbətdə iştirak edir, onun diqqətini yayındırır və son nəticədə də ağır yol nəqliyyat hadisələri baş verir. Çox əfsuslar olsun ki, bayram qabağı həm internet agentliklərindən, həm televiziyalardanda sürücülərə çoxsaylı müraciətlərimizə baxmayaraq yenə də sürücülər qayda pozmalarına bayram günlərində yol veriblər. Bunlarında çox acı nəticələri oldu. Bundan sonrada həyat davam edir, istənilən halda sürücülər yolda nə qədər nəqliyyat varsa, hərəkət intensivliyi var əlbəttəki intizamsız sürücülərdə olacaq. İntizamsız sürücülərində bir dəfə, iki dəfə intizamsız hərəkətləri hardasa keçərli olur amma hamı bilməlidir ki, üçüncü dəfə hadisədən yayına bilməyəcək”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?