Hadisə Türkiyədə xəstəxanaların birində həkim tibb bacısını zorlayıb. Rəcəb Tayyip Ərdoğan Universitetinin təhsil və araşdırmalar xəstəxanasının həkimi, 30 yaşlı Y.Y. tabeliyində olan tibb bacısı 35 yaşlı A.D.-ni otağında zorlayıb.
Hadisə gecə növbəsi zamanı baş verib. Həkim tibb bacısının otağına irib və ona qəfl hücum edib. Qadının əllərini tutub və onu zorlayıb. Daha sonra heç nə olmamış kimi otağına qayıdıb. Zorlanan tibb bacısı dərhal ekspertizaya gedərək təcavüzə uğraması barədə arayış alıb.
Daha sonra polisə gedərək olanları danışıb. Polis cinayətkar həkimi yaxalayıb və məhkəməyə təhvil verib. Məhkəmə zamanı dövlət ittihamçısı həkimə 12 il cəza verilməsini istəyib. Məhkəmə yanvarın 15-nə qədər təxirə salınıb.
Sorğu
Yeni dizaynımız necədir?