Şabran rayonunda icra nümayəndəsi qız qaçırıb. Rayonun Zeyvə ərazisinin icra nümayəndəsi Şəmsi Baryamov qızın valideynlərinin icazəsi olmadan bu addımı atıb.
Rayon polisindən bu barədə məlumatsız olduğu bildirilsə də, Şabran Rayon İcra Hakimiyyətindən faktı təsdiqləyiblər. İcra hakimiyətinin ərazi idarəetmə şöbəsinin rəhbəri İlkin Həsənov hadisənin 10-15 gün əvvəl baş verdiyini bildirməklə yanaşı, qız qaçıran icra nümayəndəsinin bunu evlənmək məqsədilə etdiyini deyib.
İcra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Fikrət Nuşiyev icra nümayəndəsinin qız qaçırmasından ancaq şifahi məlumatlı olduğunu bildirib: “Bu barədə İcra hakimiyyətinə heç bir şikayət daxil olmayıb. Kiminsə şikayəti olsa, hüquq-mühafizə orqanlarına şikayət edə bilər. İcra hakimiyyətinin kiminsə şəxsi həyatına qarışmaq ixtiyarı yoxdur”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?