] Özünü Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməz Əhmədzadənin yaxın qohumu kimi qələmə verən Ramiz İsmayılov haqqını tələb edənlərə hədə-qorxu gəlir Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini aidiyyəti qurumlardan tələb edib. Buna baxmayaraq, dünən Gəncə şəhərTəhsil Şöbəsində (TŞ) rüşvətxorluq və korrupsiya əməlləri barədə redaksiyamıza məlumatlar daxil olub. Moderator.az-a Gəncə şəhər 28 saylı tam orta məktəbin bir qrup müəllimləri müraciət edib. Qeyd olunur ki, 2012-ci ilin sentyabr ayında məktəbə direktor təyin edilən Rəna İsmayılova ilk gündən kollektivlə konfiliktə girib. Buna səbəb müəllimlərlə dərs saatı bölgüsü, eləcə də kollektivdən müxtəlif adlar altinda pul yığması üstündə mübahisələrin yaranması olub. Yeni təyin edilən vaxt direktor məktəbdə çalışan texniki heyətə də «əl gəzdirib». Müəllim və texniki işçilərdən pul tələb edən direktora əsasən buna nail olur:
«Etiraz edənlər direktorun həyat yoldaşı Ramiz İsmayılov tərəfindən tələyə salınır, ya da, icra başçısı adından hədələnir»-deyə müraciət müəllilfləri yazırlar.İşçilərin bir qrupu yanvar ayında R.İsmayılovadan Gəncə şəhər TŞ-nə şikayət ediblər. Şikayətdə qeyd olunur ki, orta məktəbdə dərsə gəlməyən Novruzova Pərvanə və digərlərinə dərs saatları yazılaraq dövlət büdcəsi talanır.Həmin fənləri İsmayılova Pərvanə Əvəz qızı tədris etdiyi halda heç vaxt ayağı məktəbə dəyməyən Vəliyeva Mehparənin adına yazılıb, əmək haqqı pulları direktor Rəna İsmayılova tərəfindən mənimsənilir.Direktor XI-ci sinif şagirdləri “repititor” yanına getdikləri üçün onların hər birindən 150-300 manat arası pul yığdırıb. Bu gün 28 saylı tam orta məktəbdə onlarla şagird Rusiya Federasiyasında olsa da adları jurnallarda gedir. Adıçəkilən məktəbdə analıq məzuniyyəti alveri getdiyini də bildirirlər. Məmmədova Cahanə guya analıq məzuniyyətinə çıxıb. Əslində onun Bakıda Türk liseyində işlədiyi üzə çıxarılıb. Sonda kollektiv 28 saylı tam orta məktəbin direktoru Rəna İsmayılovanın həyat yoldaşı Ramiz İsmayılov tərəfindən addımbaşı şərəf və ləyaqətlərinın alçaldığını, eləcədə hüquqlarının pozulduğunu dilə gətirərək Təhsil Naziri Mikayıl Cabbarovdan yardım istəyirlər.
Redaksiyadan: Biz də şikayət müəllifləri kimi yeni təhsil nazirinə inanır və ümid edirik ki, bu və ya digər mətbu orqana gəlib çıxmış etirazlara diqqətlə yanaşılacaq, onların operativ araşdırılması və günahkarların cəzalandırılması təmin ediləcək. Biz şikayət məkubunda qeyd olunanların nə dərəcədə doğru olub-olmadığını bilmirik, onu müəyyənləşdirmək Təhsil Naziriliyin müvafiq srukturlarının vəzifəsidir.[/size]
Sorğu
Yeni dizaynımız necədir?