Ali təhsil müəssisələrində sessiya müddətində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatların operativ araşdırılması və onların yol verilməsində məsuliyyət daşıyan şəxslər barədə tədbir görmək məqsədilə imtahan qərargahları və "Qaynar xətt" xidmətləri yaradılıb.
Təhsil Nazirliyinin məlumatına görə, imtahan qərargahları "Qaynar xətt"lərə daxil olan zəngləri qeydiyyata alaraq tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyi və şəffaflığı təmin etmək, imtahanların gedişi ilə bağlı ərizə, şikayət və təklifləri operativ araşdıraraq yol verilən nöqsanların vaxtında aradan qaldırılması məqsədilə fəaliyyət göstərir.
AzNews.az Təhsil Nazirliyinə istinadən ali təhsil müəssisələrinin "Qaynar xətt" nömrələrini təqdim edir:
Bakı Dövlət Universitet: (012) 538-06-78 Azərbaycan Dövlət Neft Akademiyası: (012) 437-43-51 Azərbaycan Dövlət İqtisad Universiteti: (012) 437-10-84 Azərbaycan Dövlət Pedaqoji Universiteti: (012) 498-17-94, 408-30-29 Azərbaycan Dillər Universiteti: (012) 440-35-05, 440-35-02 Bakı Slavyan Universiteti: (012) 449-36-52 Azərbaycan Memarlıq və İnşaat Universiteti: (012) 539-42-38 Azərbaycan Texniki Universiteti: (012) 539-90-70, 539-13-78 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti: (012) 538-76-06 Azərbaycan Milli Konservatoriyası: (055) 780-09-33, (050) 268-34-38 Azərbaycan Müəllimlər İnstitutu: (012) 465-29-75 Sumqayıt Dövlət Universiteti: (018) 644-89-05 Gəncə Dövlət Universiteti: (0222) 56-19-62 Naxçıvan Dövlət Universiteti: (036) 545-39-29 Azərbaycan Dövlət Aqrar Universiteti: (0222) 56-89-57, 56-00-56 Azərbaycan Texnologiya Universiteti: (0222) 57-08-83 Lənkəran Dövlət Universiteti: (02525) 5-25-88 Mingəçevir Politexnik İnstitutu: (02427) 5-32-72, 4-14-33
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?