Füzuli rayonunda 20 yanvar faciəsinin 24-cü ildönümü münasibətilə tədbir keçrilmişdir. Rayonun Bala Bəhmənli kəndi ərazisindəki Şəhidlərin Abidə Kompleksində keçirilən anım mərasimində rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ərazidəki icra nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak etmişlər. Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev və mərasim iştirakçıları əvvəlcə Şəhidlərin Abidə Kompleksini ziyarət etmiş, önünə gül dəstələri düzmüşlər. Sonra tədbir iştirakçıları 20 Yanvar faciəsi zamanı şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. Füzuli rayon İcra hakimiyyətinin başçısı Alı Alıyev çıxış edərək 20 yanvar faciəsinin mahiyyətindən danışmışdır. Alı Alıyev 20 Yanvar hadisələrini Azərbaycan xalqının azadlığı və ərazi bütövlüyü uğrunda qəhrəmanlıq mübarizəasi kimi səciyyələndirmişdir. 20 Yanvar faciəsinin Azərbaycan xalqına və insanlığa qarşı törədilmiş dəhşətli cinayət olduğunu vurğulayan Alı alıyev ümummilli lider Heydər Əliyevin o vaxt hələ Moskvada ikən həyatını təhlükəyə ataraq 20 Yanvar hadisələri ilə bağlı cəsarətli bəyanatla çıxış etdiyini, ulu öndərin səyi ilə hadisələrə əsl siyasi qiymətin verildiyini bildirmişdir. “20 Yanvar faciəsi Azərbaycan xalqının azadlığı uğrunda apardığı mübarizəsinin şanlı tarixidir. Ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları həmin gün canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Böyük itkilərlə, günahsız insanların qətlə yetrilməsi ilə nəticələnən bu faciə eyni zamanda xalqımızın mübarizliyini, əyilməzliyini və məğrurluğunu bir daha nümayiş etdirmişdir. Müstəqil Azərbaycan durduqca faciə qurbanlarının xatirəsi də daim qəlblərdə yaşayacaqdır. Çıxış edənlər 20 Yanvar faciəsi qurbanlarının Azərbaycan istiqlaliyyəti yolunda şəhid olduqlarını və onların işıqlı xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulamışlar. Qeyd edək ki, 20 Yanvar faciəsinin 24-cü ildönümü ilə bağlı Füzuli rayon İcra Hakimiyyəti tərəfindən rayonda silsilə tədbirlərdə keçirmişdir. Tədbirlər planına müvafiq olaraq rayon ərazisində 20 Yanvar şəhidlərinin xatirəsi ilə bağlı abadlıq və təmizlik işləri görülmüş, tədris müəssisələrində faciəyə həsr edilmiş xüsusi dərs keçilməsi təmin olunmuşdur.
Yanvarın 20-də Azərbaycanın hər bir yerində olduğu kimi Füzulidə də şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?