Şıxlar kəndinin sakinləri onları qəbul etməyən Rafil Hüseynova etiraz olara Bakı-Astara şossesini bağladı
Masallı rayonunun Şıxlar kəndinin 300 nəfərə yaxın sakini hal hazırda Bakı-Astara şossesinin Masallıdan keçən hissəsini bağlayıb. Bu barədə JAM.AZ-a Bolgexeber.com-un əməkdaşı məlumat verib.
Məlumatda deyilir ki, əhalinin etiraz aksiyası keçirməsinə səbəb icra başçısı Rafil Hüseynovun artıq bir neçə dəfədir onları qəbul etməməsidir. Şıxlar camaatının dediyinə görə, dəfələrlə üzləşdikləri problemlərlə bağlı Masallı icra başçısının qəbulunda olmağa çalışıblar. Lakin hər dəfəsində müxtəlif bəhanələrlə Hüseynov onları başından edib. Bu gün isə səbrləri daşdığından Bakı-Astara yolunu bağlayıblar.
JAM.AZ xəbər verir ki, aksiya hal hazırda davam edir. Əraziyə Post Patrul Xidmətinin əməkdaşları cəlb olunub. Onlar etirazçılardan yolu açmalarını istəyir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?