Azərbaycan Silahlı Qüvvələrinin daha bir hərbi qulluqçusu rüşvət ittihamı ilə həbs edilib.
Virtualaz.org bildirir ki, bu barədə APA-ya Bakı Hərbi Məhkəməsindən məlumat verilib.
Məlumata görə, Hərbi Dəniz Qüvvələrinin giziri Elxan Hacıyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət alma) maddəsi ilə təqsirli bilinir. Onun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
Qeyd edək ki, E. Hacıyev Hərbi Dəniz Qüvvələrinin giziri olub.
Onun korrupsiya əməlləri barədə mətbuatda dəfələrlə məlumatlar yayılıb. Həmin məlumatlardan sonra E. Hacıyev ordudan tərxis edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?