Cəlilabad rayonunda idarə rəisi kabinetində döyülüb.
Gündəm Xəbər-in “report”-a istinadən xəbərinə görə, hadisə şəhərdə yerləşən “Azərişıq” ASC-nin Cəlilabad nümayəndəliyində qeydə alınıb.
Yerli sakinlərin bildirdiyinə görə, Cəlilabad Elektrik Satışı İdarəsinin rəisi, 57 yaşlı Aydın Əhməd oğlu Məmmədov kabinetində vətəndaşlar tərəfindən döyülüb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan idarə rəisinə ilk tibbi yardım göstərilib və o, ambulator müalicəyə göndərilib.
Münaqişənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Artıq bu barədə polis şöbəsinə də məlumat verilib.
Sorğu
Yeni dizaynımız necədir?