Yasamalda “Şəhid bulağı” sökülərək, yerində kababxana-pivəxana açılıb
Sözügedən ərazi Yeni Yasamalda – Talıblı və Şərifzadə küçələrinin kəsişməsində yerləşir.
Məlumatda qeyd edilir ki, həmin ərazidə Qarabağ döyüşlərində qəhrəmancasına həlak olmuş şəhid Allahverdiyev Məhəmməd Şurulla oğlunun xatirəsinə bulaq kompleksi ucaldılmışdı. Bir müddət əvvəl ərazinin bir hissəsi zəbt edilərək, “Qarabağ” adlı kababxana açılıb, eyni zamanda, mal əti satışı ilə məşğul olmağa başlanılıb.
May ayının sonlarında şəhidin adına olan bulaq bir gecə içərisində sökülüb, yerinə masalar düzülərək ərazi kababxananın tərkibinə qatılıb.
“Ərazidə yaşayan qonşuların dəfələrlə irad bildirməsinə baxmayaraq, sahibkar və orada çalışanlar insanları hədələyir, onlarla aqressiv davranırlar”, – şikayətçilərdən biri redaksiyamıza yazdığı məktubunda qeyd edir./oxu.Az
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?