Lerik rayonunun Piran kəndində ölümlə nəticələnən partlayış baş verib. Gündəm Xəbər-in Hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, partlayış nəticəsində 1 nəfər dünyasını dəyişib. Bildirilib ki, Broyler fabrikinin kəsim sexində qaz sızmasından baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alıb. Yaralılar Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hər üç şəxs Piran kənd sakinləridir. Hazırda faktla bağlı araşdırma aparılır
Sorğu
Yeni dizaynımız necədir?