Bakı-Quba magistralının Siyəzən rayonu ərazisindən keçən hissəsində hərəkətdə olan avtomobil aşıb.
Nəticədə paytaxt sakini, 42 yaşlı İbrahim İbrahimov, Rusiya vətəndaşları – 23 yaşlı Sədulla Maqomedov, 45 yaşlı Sayadxanım Aşurbekova və 43 yaşlı Esmira Abdullayeva xəsarət alıblar. Həmin şəxslər Siyəzən Regional Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq Esmira Abdullayevanın həyatını xilas etmək mümkün olmayıb. Fakt araşdırılır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?