Milli Məclisin bu gün keçirilən plenar iclasında Qasım Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi məsələsinə baxılıb.
Qasım Vəli oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin hakimi təyin edilib. Məsələ səsə qoyularaq qəbul edilib. Layihə parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub. Qeyd edək ki, Q.Əliyev öz ərizəsi ilə Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri vəzifəsindən azad edilib. O, 2008-ci ildən Naxçıvan Muxtar Respublikası Hərbi Məhkəməsinin sədri olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?