Gədəbəy rayonunda 9 yaşlı uşağın çayda boğulmasının təfərrüatı məlum olub.
Rayonun Çobankənd kəndində İsaq Əliyev öz nəvəsi ilə birgə avtomobillə çayın qarşı tərəfinə keçmək istəyən zaman avtomobilin mühərriki sönüb. İ.Əliyevı maşından düşərək mühərriki işə salmağa çalışıb. Bu zaman avtomobildə olan nəvəsi, H.Əliyev avtomobilin qapısını açaraq çaya düşüb. Çayda su gur olduğundan sel uşağı aparıb. Baba nəvəsini xilas etmək istəyən zaman axan su onu da aparmağa başlayıb. H.Əliyev suda boğulub, İ.Əliyev isə ağır xəsarət alıb.
Yaxınlıqdakı insanlar tərəfindən hər iki şəxs sudan çıxarılıb. Huşsuz vəziyyətdə olan İ.Əliyev xəstəxanaya çatdırılıb. O, Bakı şəhərindəki özəl klinikalardan birinə aparılıb, vəziyyəti ağırdır.
*** 9:10
Gədəbəy rayonunda 9 yaşlı uşaq çayda boğulub.
2009-cu il təvəllüdlü Hüseyn Əliyev babası ilə çayı keçmək istəyərkən suya düşüb.
Sorğu
Yeni dizaynımız necədir?