Rayonun Günəş kəndi ərazisindən keçən yolun kənarında Daşkəsən rayon sakini Bədəlov Emin Kamal oğlunun meyti aşkar edilib.
Onun qətlə yetirildiyi ehtimal olunur.
"Report"un Qərb bürosunun məlumatına görə, Daşkəsən rayonunda qeydiyyatda olan və Əttəpə kəndi ərazisində yaşayan Bədəlov Emin Kamal oğlu bir müddət əvvəl axşam saatlarında, naməlum şəxs və ya şəxslər tərəfindən yaşadığı evdən bayıra çağırılıb və məlum olmayan istiqamətdə aparılıb.
Həyat yoldaşının sözlərinə görə, o, ərindən bir xəbər olmadığını görüb, polisə məlumat verib. Faktla bağlı aparılan axtarışlar nəticəsində bu gün Şəmkir və Gədəbəy rayonları arasında yerləşən Çaylax adlı ərazidə, çayın içində onun meyiti tapılıb. Üzərində zorakılıq əlamətləri olan meyit tibbi ekspertizaya aparılıb.
E.Bədəlovun 2 uşaq atası olduğu bildirilir.
Hazırda hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən hadisənin kim və ya kimlər tərəfindən, hansı şaraitdə törədildiyi araşdırılır.
Hazırda hadisə ilə əlaqədar araşdırmalara başlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?