GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » 5 yaşlı uşağı həyətin ortasında zorladı, sonra... - Ağcabədidə BİABIRÇILIQ

5 yaşlı uşağı həyətin ortasında zorladı, sonra... - Ağcabədidə BİABIRÇILIQ

Tarix: 2-08-2018, 15:56 Bölmə :Bölgə Baxış: 404
5 yaşlı uşağı həyətin ortasında zorladı, sonra... - Ağcabədidə BİABIRÇILIQ



Ağcabədi rayonunda azyaşlı qarşı təcavüz etməkdə təqsirli bilinən 1999-cu il təvəllüdlü Samir Məmmədovun (cinayət işində adı keçən şəxslərin ad və soyadları şərti verilib – red.) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Samir Məmmədov 2017-ci ilin may ayının əvvəllərində, saat təxminən 15 radələrində yaşadığı Ağcabədi şəhəri, Qarabağ küçəsindəki evinin həyətində qonşusu, 2012-ci il təvəllüdlü Eldar Babayevə fiziki və ya psixi zor tətbiq etmədən onunla qeyri-təbii yolla cinsi əlaqədə olub.

Azyaşlıya təcavüz, 2 il 6 ay şərti cəza

İstintaq orqanı tərəfindən Samir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 153.2-ci (on dörd yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Azyaşlıya təcavüz etdi, şərti cəza aldı

Ağcabədi rayon Məhkəməsinin hökmü ilə Samir Məmmədovun barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 2 il 6 ay müddətinə şərti cəza verilib.

Bu hökmdən prokuror narazı qalıb və apelyasiya protesti verib. Prokuror Samir Məmmədovun 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Hökm narazılıq yaratdı

Həmçinin zərərçəkmiş Eldar Babayevin qanuni nümayəndəsi, anası Səbinə Babayeva da apelyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.

Bir müddət əvvəl Şirvan Apelyasiya Məhkəməsində bu şikayətlər üzrə araşdırma aparılıb. Hakim Ələsgər Novruzovun sədrlik etdiyi kollegiyada həm prokurorun protesti, həm də zərərçəkmiş tərəfin şikayəti təmin edilməyib.

Prokurordan şikayət

Bu qərardan narazı qalan prokuror Zəfər Ramazanov kasasiya protesti verib. Prokuror şikayətində göstərib ki, məhkəmələr Samir Məmmədova təyin edilmiş cəzanı şərti tətbiq edərkən Cinayət Məcəlləsinin 8, 41 və 58-ci maddələrinin tələblərini, eləcə də törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, təyin olunan cəzanın məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün yetərli olub-olmasını nəzərə almayıb.

"Təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza verilib”

Prokuror qeyd edib ki, cinayət qanunvericiliyində göstərilməmiş halları əsassız olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul etməklə cinayət qanunu normasını düzgün tətbiq edilməyib: "Samir Məmmədovun barəsində əsassız olaraq Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edilib və cəzanın təyin edilməsinin ümumi əsaslarına dair qanunun tələblərini pozulub. Həmçinin törədilən cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmayan cəza təyin edilib”.

Prokuror kasasiya protestinin təmin edilməsini, Samir Məmmədovun işi üzrə Şirvan Apelyasiya Məhkəməsinin qərarının ləğv edilməsini, işin yenidən apelyasiya instansiyasında araşdırlmasını istəyib.

Azyaşlının anası: "Oğlumun boğulduğunu görüb...”

Zərərçəkmiş Eldar Babayevin anası Səbinə Babayeva da kasasiya şikayəti verib. O, qeyd edib ki, Samir Məmmədov onun azyaşlı oğlu Eldar Babayevə qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri edib: "Samir bir neçə dəfə oğlumun köməksiz vəziyyətindən istifadə edərək, ona qarşı əxlaqsız hərəkətlər edib. Samir seksual xarakterli hərəkətlər edən zaman oğlumun boğulduğunu görüb və sonra onu buraxıb. O, bu hərəkətlərini bir neçə dəfə təkrar edib. Lakin ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq onun əməli Cinayət Məcəlləsinin 153.2-ci maddəsinə tövsif edilib”.

"Ağır cəza verilsin”

Səbinə Babayeva bildirib ki, işə baxan məhkəmələr tərəfindən təqsirləndirilən şəxsin qeyri-səmimi ifadəsinə, cinayət əməlinin 5 yaşlı uşağa qarşı törədilməsini, əməlin ictimai təhlükəliliyini, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsə ağır cəza verilməsini tələb etməyini, rayon ictimaiyyəti arasında bu cinayət əməlinin necə mənfi qarşılandığına heç bir əhəmiyyət vermədən təqsirləndirilən şəxs barəsində cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi qənaətinə gəlib. Qanuni nümayəndə qeyd olunanlara əsasən kasasiya şikayətinin təmin edilməsini, cəzanın ağırlaşdırılmasını təmin olunmasını xahiş edib.

Hökm və qərar ləğv edildi

Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrlik etdiyi kollegiyada həm prokurorun kasasiya protesti, həm də zərərçəkmişin qanuni nümayəndəsinin kasasiya şikayəti araşdırılıb, sonda qərar qəbul edilib.

Qərara görə, həm kasasiya protesti, həm də kasasiya şikayəti təmin edilib. Şirvan Apelyasiya Məhkəməsinin qərarı ləğv edilib, işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.

İş yenidən apelyasiyada

Samir Məmmədovun barəsində olan cinayət işi üzrə material yenidən araşdırılması üçün Şirvan Apelyasiya Məhkəməsinə qaytarılıb.

Hakim Kamran Əkbərovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, anası Səbinə Babayeva çıxış edib.

"O, yüngül maddə ilə məhkəməyə verilib”

Səbinə Babayeva bildirib ki, məhkəmənin hökmündən narazıdır: "Ona görə ki, məhkəmə təqsirkar şəxs olan Samir Məmmədovun əməlini düzgün qiymətləndirməyib, ona yüngül cəza təyin edib. Samir Məmmədov əslində Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə cinayət əməli törədib. Lakin o, yüngül maddə ilə məhkəməyə verilib. Məhkəmə isə ona verilmiş maddə ilə hökm çıxarıb”.

"Guya əxlaqsız hərəkətlər etməyib”

Azyaşlının anası qeyd edib ki, Samir Məmmədov 2017-ci ilin may ayında onun azyaşlı oğlunu məqsədli şəkildə evin arxasına aparıb, ona qarşı əxlaqsız, sözlə ifadə olunmayan hərəkətlər edib: "Samir Məmmədov daha sonra oğluma hədə-qorxu gələrək bu barədə heç kimə deməməsini tapşırıb. Beləliklə də Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törədib. Məhkəmə zamanı Samirin özü də törətdiyi əməli etiraf edib. Lakin o, sona kimi düzgün ifadə verməyib, guya yalnız cinsiyyət orqanını oğluma göstərib və ona qarşı digər əxlaqsız hərəkətlər etməyib”.

Prokuror da həbs edilməsini tələb etdi

Səbinə Babayeva apelyasiya şikayətinin təmin edilməsini, Samir Məmmədovun həbs olunmasını məhkəmə kollegiyasından xahiş edib.

Prokuror da çıxışı zamanı birinci instansiya məhkəməsinin çıxardığı hökmün ləğv edilməsini, Samir Məmmədovun cəzasının ağırlaşdırılmasını istəyib.

Tərəfləri dinləyən hakim heyəti sonda qərar elan edib. Qərara görə, prokurorun protesti və zərərçəkmişin qanuni nümayəndəsinin apelyasiya şikayəti təmin edilib. Qərara görə, Ağcabədi rayon Məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Azyaşlıya təcavüz edən həbs edildi

Məhkəmə Samir Məmmədovun əməlindən Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsinin xaric edib. Ona 2 il 6 ay həbs cəzası təyin edilib.

Samir Məmmədovun başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və onun barəsində həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalından həbs edilib.

Samir Məmmədovun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi qərara alınıb. Onun cəzasının əvvəli 2018-ci ilin iyulun 28-dən hesablanması qərar verilib.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şirvanda üç uşaq atası 9 yaşlı qızı zorladı – 10 manat borca görə

    Şirvanda üç uşaq atası 9 yaşlı qızı zorladı – 10 ...

    5-08-2017, 14:52

  • 
  • Nişanlısının bakirəliyini pozdu,qeyri-təbii yolla cinsi əlaqədə oldu, sonra... - Oğuzda ŞOK HADİSƏ

    Nişanlısının bakirəliyini pozdu,qeyri-təbii yolla ...

    24-07-2017, 15:10

  • 
  • 16 yaşlı oğlan məktəbin həyətində azyaşlı qızı zorladı, evinə getdi, sonra dəfələrlə... - Bakıda BİABIRÇILIQ

    16 yaşlı oğlan məktəbin həyətində azyaşlı qızı ...

    5-05-2018, 23:52

  • 
  • 6 kişi otlaq sahədə 12 yaşlı uşağı dəfələrlə zorladı, videoya çəkdi - Azərbaycanda DƏHŞƏT

    6 kişi otlaq sahədə 12 yaşlı uşağı dəfələrlə ...

    6-07-2017, 14:44

  • 
  • Sarayda dəhşətli hadisə : 25 yaşlı oğlan 9 yaşlı uşağı dəfələrlə zorladı

    Sarayda dəhşətli hadisə : 25 yaşlı oğlan 9 yaşlı ...

    12-11-2017, 11:57


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (11)
Avqust 2025 (572)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu