"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı xəsarət alanların olduğu bildirilir. Hazırda əraziyə təcili tibbi yardım briqadası və Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub.
***
Ağstafa rayonunda yol qəzası nəticəsində iki nəfər xəsarət alıb.
"Report"un Qərb bürosunun məlumatına görə, qəza zamanı 1990-cı il təvəllüdlü Nərmin Osmanova qucağındakı 1 yaşlı oğlu ilə birgə özünü maşından yerə atıb.
Müxtəlif bədən xəsarətləri alan qadın övladı ilə birgə xəstəxanaya yerləşdirilib. Onlardan N.Osmanovanın vəziyyətinin orta-ağır, övladının vəziyyətinin isə normal olduğu bildirilir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?