Gəncədə dəmir yolu xəttinə uzanaraq özünü öldürən 60 yaşlı Novruz Abbasovun cibindən tapılmış məktubda yazdıqları məlum olub.
gundemxeber.az Publika.az-a istinadla xəbər verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun əynindəki gödəkçənin cibindən kiril əlifbası ilə yazılmış kağız tapıb. İntihar məktubuda bu sözlər yazılıb: “Mən xəstəliyimlə əlaqədar iflic olub kiməsə möhtac qalmaq istəmirəm. Ona görə də son qərarım bu idi - ÖLÜM”. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
*****
9:20
Gəncə şəhərində dəhşətli intihar hadisəsi baş verib.
Şəhərin Poçt qəsəbəsi Aydınbəyov küçəsində yaşayan 1958-ci il təvəllüdlü Novruz Abbasov özünü qatarın altına ataraq intihar edib. Belə ki, 60 yaşlı kişi boyun nahiyəsini dəmir yolu relsinin üstünə qoyaraq qatarın onun üstündən keçməsini gözləyib. O, hadisə yerindəcə keçinib. Bildirilir ki, vaqonun təkəri altında qaldığından intihar edən şəxsin başı bədənindən ayrılıb. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları N.Abbasovun cibindən məktub tapıb. O, məktubunda intihar səbəbini yazıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?