Bakı-Quba-Rusiya sərhədi yolunun Siyəzən rayonundan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Rüfət Şabanov idarə etdiyi yük maşını ilə Quba istiqamətində hərəkətdə olarkən qəflətən avtomobilin yük yeri aşıb. Nəticədə 20 ton xurma yola dağılıb. Xurma sahibi və sürücü xəsarət alıb. Yük maşınına da ciddi ziyan dəyib.
Qeyd edək ki, xurma qonşu Rusiya bazarına aparılırmış.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?