GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Göyçayda orta məktəbdə qalmaqal - Direktor əvəzi “Səlahiyyətlərimi zorla əlimdən almaq istəyirlər”

Göyçayda orta məktəbdə qalmaqal - Direktor əvəzi “Səlahiyyətlərimi zorla əlimdən almaq istəyirlər”

Tarix: 8-11-2018, 15:43 Bölmə :Bölgə Baxış: 651
Göyçayda orta məktəbdə qalmaqal - Direktor əvəzi “Səlahiyyətlərimi zorla əlimdən almaq istəyirlər”


Göyçay şəhər 5 saylı tam orta məktəbin direktor əvəzi Kazımova Nüşabə Kazım qızı ona yaradılan süni maneələr, edilən təzyiq və haqsızlıqlarla bağlı Yeniavaz.com saytına müraciət edib. Səslədirdiyi ittihamları konkret faktlarla əsaslandırmağa çalışan Nüşabə Kazımova iddia edib ki, direktor əvəzi işləməsinə baxmayaraq, onun bu səlahiyyətləri özünü Göyçay Rayon İcra Hakimiyyəti başçısının qohumu kimi təqdim edən, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovla ailəvi yaxınlıq münasibətləri olan Bəkirova Telli Surxay qızı tərəfindən mənimsənilib.

Nüşabə Kazımova baş verənləri belə nəql edib: "Göyçay şəhər 5 saylı tam orta məktəbdə Riyaziyyat müəllimi kimi fəaliyyətə başlamışam. 1999-cu ildən sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini, 2007-ci ildən isə tədris işləri üzrə direktor müavini işləyirəm. 2017-ci ildə məktəbimizin direktoru Mürsəlov Söhrab Eldar oğlu ərizəsinə əsasən, işdən azad olunub. Mövcud qaydalara uyğun olaraq, direktor vəzifəsi vakant verilib, mən də məktəbə kimsə direktor təyin olunana qədər direktor əvəzi təyin olunmuşam. Keçən ilin oktyabr ayından, yəni 1 ildir ki, 5 saylı tam orta məktəbdə direktor əvəzi işləyirəm.

Mənim şikayətim ilk növbədə 2017-ci il aprelin 1-dən məktəbimizdə təşkilatçı vəzifəsinə təyin olunmuş Bəkirova Telli Surxay qızı (qızlıq soyadı Cəbrayılova) və onun ailəsindəndir.

Bəkirova Telli Surxay qızı və onun anası - Göyçay rayonu Potu kənd orta məktəbinin direktor əvəzi işləyən Solmaz Tağıyeva, onun qardaşı Səməd Cəbrayılov, Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov məni çox narahat edirlər ki, imtahanı, kiminsə gəlib direktor olmasını gözləmədən özüm öz ərizəmlə yerimi verim Bəkirova Telliyə.

Mən dəfələrlə Elnur İsmayılova müraciət edib məlumat verdim ki, bu ailə məni dinc qoymur, məktəbdə dedi-qodular yaradır. Onların mənə təzyiqi, hədə-qorxusu vadar etdi ki, Bəkirova Telli Surxay qızının sənədlərini araşdırım, bu zaman bəzi saxta sənədlərə, daha doğrusu, saxta əmrlərə rast gəldim.
Bəkirova Telli Surxay qızı "Təfəkkür" Universitetinin qiyabi şöbəsinə daxil olub, 2009-cu ildə oranı bitirib.

Məktəbimizin əvvəlki direktoru ilə qohumdurlar, onun vasitəsilə Telli Bəkirova məktəbimizə texniki işçi - ocaqçı kimi işə qəbul etmişdi.

Sənədlərə baxanda aydın oldu ki, 2011-ci ildə Bəkirova Telli məktəbimizdə texniki işçi kimi analıq məzuniyyətinə gedib. Amma mən sənədlərə baxanda aydın oldu ki, o saxta əmrlə 2009-cu ilin dekabr ayının sonunda (başqa rəngli bir möhürlə) işə qəbul olunub.
Qeyd edim ki, 2009-cu ilin möhürü ilə son illərin möhürünün rəngi başqadır. Saxta əmr məhz son illərin möhürü ilə vurulub".

“Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov məktəb direktorlarına aylıq haqq kəsib”

Direktor əvəzinin sözlərinə görə, Bəkirova Telli Surxay qızı müəllimlərdən rüşvət yığır:

"Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovla əlbir olub müəllimlərdən dərs bölgüsü üçün, fond pulu adı ilə, müəllimlərin müqavilə ilə işdə saxlanması ilə bağlı pul alır. Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov məktəb direktorlarına aylıq haqq kəsib. Gecikdirəndə çağırır, deyir bu ay mənim aylığımı niyə vermədiniz? Bu yay mənim maaşım, pensiyam Elnur müəllimə gedib. Elnur İsmayılov direktorlara deyir ki, kim eləmirsə, ərizəni yazıb çıxsın.

Telli Bəkirova deyir ki, əmim artıq 2 ildir - 2016-cı ilin payızından Göyçay Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub. Onun əmisi kimi təqdim etdiyi şəxs - yəni Göyçay Rayon İcra Hakimiyyətinin indiki icra başçısı bu vəzifəyə təyin olunandan az sonra onların vasitəsi ilə Elnur İsmayılov Potu kənd orta məktəbinin direktorluğundan Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə keçib.

Elnur İsmayılovun yerinə isə Bəkirova Tellinin anası Solmaz Tağıyeva direktor əvəzi təyin olundu.
Bizim məktəbdə təşkilatçı işləyən Cəlilova Şəmsiyyə Səbuhi qızını isə aldatdılar ki, səni hansısa məktəbə direktor göndərəcəyik, öz yerini ver Telli Bəkirovaya.

Şəmsiyyə Cəlilova hələ də gözləyir ki, onu hansısa məktəbə direktor göndərəcəklər".


“Qorxur ki, əmi dedikləri icra başçısı işdən çıxar, direktor ola bilməz”

Şikayətçinin sözlərinə görə, onu incidənlərin məqsədi bezdirib öz ərizəsi ilə işdən çıxmasına nail olmaqdır: "İlkin variantda Diaqnostik Qiymətləndirmə keçiriləndə dərs hissə müdirləri, direktorlar imtahana getmirdilər. Bəkirova Telli məhz imtahandan yayınmaq üçün məktəbdə təşkilatçı keçdi.

Daha sonra isə direktorluq iddiasına düşdü. Ondan sonra başladı Elnur İsmayılovun, anasının, qardaşının vasitəsi ilə mənə təzyiq göstərməyə.
Mən Telli Bəkirovaya demişdim ki, 1 il sonra onsuz da direktorluqdan gedəcəm, gəlib işləyərsən. Ancaq o, tələsir, qorxur ki, əmi dedikləri Göyçayın indiki icra başçısı işdən çıxar, o isə direktor ola bilməz.

Elnur İsmayılova bu barədə şikayətimi bildirəndə mənə dedi ki, onlarla bacarmıram.

“Dövlət qurumlarına məktub yazıb şikayətimi bildirmişəm, cavab verilmir”

Direktor əvəzi daha sonra saxta əmrlər və onu narahat edən məqamlarla bağlı Ucar Regional Təhsil İdarəsinə müraciət edib: "Orada məni Natiq Misirovun qəbulunda oldum. Telli Bəkirovadan, Elnur İsmayılovdan, Solmaz Tağıyevadan şikayətlərimi ona bildirdim. Natiq Misirova dedim ki, Telli Bəkirova özünü müəllimlərə direktor elan edib, bildirib ki, dərsi mən böləcəm, pul yığır. Məni arxayınlaşdırıb yola saldı, dedi ki, bunlar araşdırılacaq və tədbir görüləcək, amma bir nəticəsi olmadı.

Daha sonra Təhsil naziri Ceyhun Bayramova müraciət etdim, məktub yazaraq bütün bu faktların hamısını bildirdim, hətta məktubumun nazirliyə çatması barədə mənə xəbərnamə gəlib. Amma mənə cavab verilmədi.

Korrupsiya İdarəsinə, Baş Prokurorluğa bu barədə müraciətlər etdim. Artıq 2-ci aydır mən gözləyirəm ki, Təhsil Nazirliyindən bəlkə bir cavab gələ və ya bir nümayəndə göndərələr.

Saytlar yazmışdılar ki, guya onların Təhsil Nazirliyində adamları var, ona arxayın olublar. İstəyim odur ki, Telli Bəkirova, Solmaz Tağıyeva, Səməd Cəbrayılov və Elnur İsmayılov layiqli cavablarını alsınlar".

"Müəllimə deyir ki, sənə 35 saat dərs verirəm, 5 saatın pulunu mənə verərsən”
Şikayətçinin iddiasına görə, onun səlahiyyətlərini qeyri-rəsmi olaraq ələ keçirən şəxs dərs bölgüsünə görə də müəllimlərdən rüşvət alır: "Müəllimə deyir ki, sənə 35 saat dərs verirəm, onun 5 saatının pulunu mənə verəcəksən. Onlar Təhsil Şöbəsinin müdiri ilə şərikli iş görürlər. Telli Bəkirova indiyədək deyirdi ki, mənim vacib işim olub, Diaqnostik Qiymətləndirməyə gedə bilməmişəm. Sonradan dedilər ki, Telli Bəkirova Diaqnostik Qiymətləndirmədə 25 bal toplayıb. Doğrusu, mən bu işə şübhə ilə yanaşdım. Çünki imtahan dövründə bizim məktəbdə olub, yanımızda olub, imtahan vaxtı harasa getməyib. Mən imtahana getmişəm, o qalıb məktəbdə. Ondan bu barədə soruşanda dedi ki, mən Təhsil Nazirliyinin "Qaynar xətt"inə zəng etmişəm, demişəm ki, ayrıca imtahan keçirilsin, bazar günü gedib imtahandan keçmişəm. Nə dərəcədə düzgündür, yoxsa səhvdir bu da sual altındadır.

Mənim direktor səlahiyyətimi əlimdən almaq istəyən Bəkirova Telli Surxay qızı 2009-cu il dekabrın 15-də körpə uşağına qullu eləmək üçün öz hesabına məzuniyyətə buraxılıb. Qanunla körpə uşağa qulluq məzuniyyəti ən azı 1 il olur. Amma bundan 2 həftə sonra, yəni 30 dekabrda başqa bir möhürlə (halbuki o vaxt möhürün rəngi başqa olub) Bəkirova Telli müəllim təyin olunub. Yəni texniki işçi kimi analıq məzuniyyətinə gedən şəxs 2 həftə sonra rəngi tamamilə başqa olan möhürlə necə müəllim təyin olunub? Sual olunur, əgər bu məzuniyyətdədirsə, necə dərs aparıb?

Bundan başqa, 2 may, 2011-ci il tarixdə Bəkirova Telli Surxay qızı körpə uşağına qulluq etmək üçün yenə də analıq məzuniyyətinə buraxılıb. Bu zaman isə sənəddə göstərilir ki, o texniki işçidir. 2009-cu ildə müəllim kimi işə götürülmüşdüsə, 2011-ci ildə xadimə kimi necə analıq məzuniyyətinə buraxıla bilər?
Başqa bir faktı deyim - Təhsil Nazirliyinin 2015-2016-cı tədris ilinə aid olan Ümumi Təhsil İnformasiya Sistemində (UTİS) müəllim kimi Bəkirova Telli Surxay qızının adı yoxdur. Onun adını həmin sistemə 2017-ci ildə Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov salıb. Bu da mövcud qaydalara ziddir. Müəllimlərin İşə Qəbul imtahanından keçsəydi, onun adını bu proqrama salmaq olardı.

Təhsil Şöbəsinin işçisi Rüstəm Talıbov bu işləri görməkdə məşhurdur, hər bir müəllimdən 450-500 manat almasa, adlarını Ümumi Təhsil İnformasiya Sisteminə salmır.

Daha bir qanun pozuntusu - invertarların aktından da görünür ki, 2015-ci ildə dövlət tərəfindən məktəbimizə dəyəri 800 manat olan soyuducu verilib. Əvvəlki direktor məktəbdən gedən kimi Telli Bəkirova məktəbin soyuducusunu öz evinə apardı. 2017-ci ilin sənədində isə artıq həmin soyuducu yoxdur. Mən bu barədə Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılova məlumat verdim. O isə bildirdi ki, işin olmasın, razılıq vermişəm.

Bundan əlavə, aprel ayının 1-də Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılov məni çağıraraq bildirdi ki, təsərrüfat müdirinin müqaviləsinə xitam ver, onun yerinə başqa bir adam təyin edəcəm. Soruşdum kimdir gələn, cavab verdi ki, heç mən də tanımıram. Telli Bəkirovadan soruşdum, dedi ki, mən də tanımıram.
​
Sonra məlum oldu ki, Telli Bəkirovanın qardaşının, atasının evində həmin adam kombi çəkib, ona 3000 manat borcları var, məndən tələb etdilər bu adamı işə götür.

Başqa bir müəllimin - Məmmədova Nuranə Ətraf qızının adını Ümumi Təhsil İnformasiya Sisteminə (UTİS) müəllim kimi salıblar, amma əmək müqaviləsində laborant kimi qeyd olunub. Laborant Diaqnostik Qiymətləndirməyə müəllim kimi necə gedə bilər? Deməli, sonradan sistemə əlavə olunub. Bu da Elnur İsmayılovla Telli Bəkirovanın ikisinin birgə işidir.

2016-cı ilə qədər Bəkirova Tellinin müddətli müqaviləsi olub. 2017-ci ildə onu müddətsiz müqavilə ilə müəllim keçiriblər, ardınca isə sinifdənxaric, məktəbdənkənar direktor müavini qoyublar. İndi də direktorluq iddiasındadır. O, iddia edir ki, mən əvvəldən müəllim olmuşam. Mən isə 2013-2014-cü ilin dərs bölgüsünü araşdırmışam. Burada - Bəkirova Tellinin dərs bölgüsündə adı yoxdur. Bəs onda niyə 2009-cu ildən müəllim kimi qeyd olunub? Adi uşaq da baxanda görür ki, bu son illərin möhürünün rəngidir, yəni 2014-cü ildəki möhürün rəngidir. Son illərdə möhürün rəngi başqa olub".

""Ölkəmizi tanıyaq" layihəsinin adından istifadə edib məktəblərdən pul yığırlar”

Direktor əvəzi Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovun "Ölkəmizi tanıyaq" layihəsinin adından istifadə edib məktəblərdən pul yığdığını da iddia edib: "İldə 2 dəfə - "Ölkəmizi tanıyaq" layihəsi çərçivəsində məktəbliləri 3 günlük gəzintiyə aparırlar. Təmənnasızdır, amma hər il hər uşağa görə 100-200 manat bizdən pul alırdılar. İndi isə bizim məktəbə 2 nəfər şagird tapşırıblar, hər birinə görə 400 manat pul istəyirlər. Mən 440 manat maaş alıram, hər şagirdə görə 800 manat necə ödəyim? Bundan başqa, Nar festivalına görə hər bir məktəbə 1 köşk tapşırıblar. Köşkün 1-nin qiymətini 300 manatdan qoyublar".

Sonda Kazımova Nüşabə Kazım qızı vəzifə iddiasında olmadığını bildirib: "Mənim direktorluq iddiam yoxdur, heç vaxt vəzifə iddiasında olmamışam, bu dövlətə, dövlətçiliyə ömrümün 42 ilini həsr etmişəm. İstəyirəm ki, haqq-ədalət öz yerini tapsın. Məktəbimiz, təhsilimiz, gələcəyimiz belə rüşvətxorların, korrupsionerlərin əlində qalmasın".

Təhsil Şöbəsinin müdirindən ittihamlara cavab

Yeniavaz.com saytı səsləndirilən bu fikirlərlə bağlı Göyçay Rayon Təhsil Şöbəsinin müdiri Elnur İsmayılovdan münasibət öyrənib. E. İsmayılov deyib ki, Nüşabə Kazımovanın Telli Bəkirovanın onun səlahiyyətlərini mənimsəməsi barədə dedikləri yalandır.

Telli Bəkirovanın müəllimlərdən rüşvət yığması barədə ittihama Elnur İsmayılov belə münasibət bildirib: “Yalandır. Mən buna izahat da vermişəm. Dərs bölgüsü və fənn birləşməsi direktor tərəfindən paylanılır. Bu deyilənlər şantaj xarakterli söhbətlərdir”.

Elnur İsmayılov Telli Bəkirova və anasının vasitəçiliyi ilə Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsinə təyin olunması barədə Nüşabə Kazımovanın dediklərinə belə cavab verib: “Nazirlik tərəfindən qəbul edilmiş, dinlənilmiş adamam. O deyilənlər yalan söhbətdir”.

Elnur İsmayılovun Telli Bəkirova və onun anası Solmaz Tağıyevadan çəkinməsi, Rayon icra başçısının qohumu olduqları üçün barələrində tədbir görməməsi barədə ittihama Təhsil Şöbəsinin müdiri belə münasibət bildirib: “Yalan söhbətdir. İcra başçısı onların əmisi də deyil. Şəxsi məsələlər - kimsə kimdənsə inciyə bilər, kimsə kimdənsə küsə bilər, amma vəzifədə oturursansa, onu icra etməlisən. Rəhbər öz vəzifəsini icra etməlidir, şəxsi məsələləri işə qatmalı deyil. Nüşabə müəllim zəiflik göstərirsə, ona mən nə deyə bilərəm ki? O məktəbdə artıq heç bir problem yoxdur, bu gün də öz axarı ilə gedir. Sizə bir sual vermək istəyirəm – Nüşabə müəlliməyə Müəllimlər Günündə cənab başçı tərəfindən fəxri fərman verilmişdi. Əgər burda problem varsa, o verilə bilərmi? Problem varsa, Elnur müəllim tərəfindən verilə bilərmi?”

Göyçay Rayon Təhsil Şöbəsi müdirinin Telli Bəkirovanın Diaqnostik Qiymətləndirmədən keçməməsi barədə ittihamlara münasibəti belə olub: “Telli Bəkirova Diaqnostik Qiymətləndirmədən keçib, ümumilikdə 25 bal toplayıb. 17 bal ixtisasdan, 8 bal da metodikadan yığıb. Telli Bəkirovanın Diaqnostik Qiymətləndirməyə getməməsi barədə deyilənlər yalandır”.

E. İsmayılov “Ölkəmizi tanıyaq” layihəsinə görə direktorlardan pul yığması barədə ittihamlara belə cavab verib: “Sizə bir sual verirəm – özünün dediyinə görə Nüşabə müəllimə namaz qılan adamdır, ona sual ver, denən sizə Quran gətirsəm, əl basa bilərsinizmi ki, “Ölkəmizi tanıyaq” layihəsinə görə pul və ya hədiyyə vermisiniz? Bunların hamısı yalan söhbətdir, şantaj xarakterli məlumatlardır”.

Elnur İsmayılov məktəb direktorlarına haqq qoyması barədə fikirləri də təkzib edib.

Telli Bəkirovanın saxta əmrlə müəllim təyin edilməsi barədə Nüşabə Kazımovanın dediyinə Elnur İsmayılovun cavabı belə olub: “O, sizin indi mənə sual formasında ünvanladığınız bu sualların hamısını Təhsil Nazirliyinə yazmışdı. Həmin o dediklərinin hamısı araşdırıldı, heç biri öz əksini tapmadı. Korrupsiya İdarəsinə yazdıqlarının hamısını gəlib araşdırıblar, öz əksini tapmayıb. Həmin qurumlardan nümayəndələr gəlmişdi, amma təsdiqini tapmadı”.
Telli Bəkirovanın və qaynatasının evinə kombi çəkən şəxsin pulun əvəzində 5 saylı tam orta məktəbin anbardarı təyin edilməsinə gəlincə, Elnur İsmayılov buna görə məsuliyyət daşımadığını deyib: “Bunlar hamısı yalan söhbətdir. Birincisi, təsərrüfat müdirinin əmrini məktəb direktoru verir, Təhsil Şöbəsinin müdiri yox. O suala Nüşabə müəllimə cavab verməlidir, mən yox, çünki onu birbaşa Nüşabə müəllimə götürür, bütün məsuliyyəti də daşıyır, möhürü vurur, qolu o çəkir. Əgər buna məcbur edilirdisə, kiməsə müraciət edə bilərdi, işə götürməkdən imtina edə bilərdi”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Direktor müavini faciəvi şəkildə öldü

    Direktor müavini faciəvi şəkildə öldü ...

    9-12-2013, 13:14

  • 
  • Göyçayda bir gündə bir məktəb direktor öldü, digəri intihar etdi: Rüşvətə görə

    Göyçayda bir gündə bir məktəb direktor öldü, ...

    22-12-2017, 10:00

  • 
  • 275 saylı məktəbdə nə baş verir? - Nazirlik işə qarışdı

    275 saylı məktəbdə nə baş verir? - Nazirlik işə ...

    16-03-2018, 17:21

  • 
  • Direktor hansı yollarla gəlirlərini artırır? - ŞOK İDDİA

    Direktor hansı yollarla gəlirlərini artırır? - ...

    24-11-2016, 22:22

  • 
  • Sumqayıtda şagirdin ölümünə bais olan direktor və müavini işdən qovuldu - AÇIQLAMA

    Sumqayıtda şagirdin ölümünə bais olan direktor və ...

    15-05-2013, 14:54


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu