GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » BAYRAĞIMIZ QÜRURUMUZDUR

BAYRAĞIMIZ QÜRURUMUZDUR

Tarix: 8-11-2018, 16:01 Bölmə :Bölgə Baxış: 763
BAYRAĞIMIZ QÜRURUMUZDUR


Dövlət Bayrağı Günü münasibətilə Daşkəsən rayon Heydər Əliyev Mərkəzində bayram tədbiri keçirilib. Tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Orxan Həsənov çıxış edərək bildirmişdir ki, hər il olduğu kimi bu ildə Rayon İcra Hakimiyyəti Bayraq Gününün təntənə ilə qeyd edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb.

Bayram münasibətilə şəhərimizin küçələri üçrəngli bayrağımızla bəzədilib, şüarlar asılıb. Xalqımızın qürur mənbəyi və iftixarı, dövlət müstəqilliyimizin əsas atributlarından olan üçrəngli bayrağımız milli ideologiyamızın təməl prinsiplərini tam mənası ilə izah edir.

BAYRAĞIMIZ QÜRURUMUZDUR


O.Həsənov bildirib ki, bayrağımız Azərbaycanın ərazi bütövlüyünün və toxunulmazlığının, dünya azərbaycanlılarının mənəvi-siyasi və mədəni birliyinin, vahidliyinin, bölünməzliyinin rəmzidir. Məhz Ulu Öndərin siyasi cəsarəti hesabına ay-ulduzlu, üçrəngli bayrağımız dövlətimizin rəmzi elan edilib və onun hakimiyyətə qayıdışından sonra bu bayraq müstəqil Azərbaycanın dövlət bayrağı statusunu alıb.

Daha sonra o, Ali Baş Komandanımız möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı günü və qarşıdan gələn 12 Noyabr Azərbaycan Respublikasının Konstitusiyası günü münasibətilə səmimi qəlbdən təbrik etmiş, tədbir iştirakçılarına yeni-yeni uğurlar, qələbələr, can sağlığı və xoşbəxtlik arzulamışdır.

BAYRAĞIMIZ QÜRURUMUZDUR


Bu gün Azərbaycan dövlətinin hərbi gücünün artırıldığını vurğulayan Orxan Həsənov qeyd edib ki, Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu arasındadır. Ordumuzun peşəkarlığı indi ən yüksək səviyyədədir. Azərbaycan Ordusunun qəhrəmanlığı və müasir hərbi silahlarla təchiz edilməsi nəticəsində Aprel döyüşlərində, daha sonra Naxçıvan cəbhəsində min hektarlarla ərazi işğaldan azad edildi. Bu, ordumuzun gücünü işğalçıya göstərdi, həm də Azərbaycan beynəlxalq aləmdə bir daha göstərdi ki, biz sülh siyasəti aparırıq, amma eyni zamanda, torpaqlarımızı azad etmək gücünə malikik.

Daşkəsən Rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Orxan Həsənov çıxışının sonunda Azərbaycan Respublikasının Dövlət Bayrağının tezliklə işğal olunmuş ərazilərimizdə - Xankəndində, Şuşada dalğalanacağına əminliyini bildirib.

Digər çıxış edənlər də qürürla vurğulamışlar ki, hazırkı Azərbaycanın dövlət bayrağının ilk dəfə dalğalanmasından 100 il ötür. 1918-ci ilin noyabrından 1920-ci ilin aprelinədək millətin başı üzərində dalğalanan üçrəngli dövlət bayrağımız yalnız 70 il sonra, müasir Azərbaycanın qurucusu, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə hələ sovet əsarətindən qurtulmağımıza bir il qalmış Naxçıvan Muxtar Respublikasının Ali Məclisində rəsmi dövlət atributu kimi təsdiqlənmiş, həmçinin Ümummilli Liderin təşəbbüsü ilə bu məsələ ilə bağlı Azərbaycan Ali Soveti qarşısında vəsatət qaldırılmış, nəticədə milli bayrağımız ölkəmizin dövlət rəmzi kimi qəbul edilmişdir.

Xalqımız 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya aktı ilə müstəqil Azərbaycan Respublikasının dövlət bayrağını bərpa etməklə uca zirvələrə qaldırdı.

Ümummlilli liderin siyasi kursunun layiqli davamçısı cənab İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə qərarı ilə ucaldılan bayrağımız dünyada ən böyük və ən uca bayraq kimi Ginnesin rekordlar kitabına düşmüşdür. Meydanda qurulmuş Azərbaycan Respublikasının Gerbi, Dövlət himninin mətni və Dövlət Bayrağı Muzeyi Bayraq Meydanının görkəminin möhtəşəmliyini daha da artırmış, onu baxımlı etmişdir. Prezident cənab İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi təsis edilməsi ölkə rəhbərinin öz xalqının tarixi keçmişinə, dövlətçilik ənənələrinə və milli-mənəvi dəyərlərinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Rayon İcra Hakimiyyətinin Başçısı Əhəd Abıyevin birbaşa rəhbərliyi və gərgin zəhməti hesabına 2011-ci il iyun ayının 14-də Daşkəsən rayonunun girişində illərdən bəri səliqə-səhmansız, bərbad vəziyyətdə olan 2 hektara yaxın ərazidə geniş tikinti, abadlıq və quruculuq işləri aparıldıqdan sonra istirahət parkı və Bayraq Meydanı daşkəsənlilərin istifadəsinə verilmişdir. 32 metr yüksəklikdə dalğalanan Azərbaycan Respublikasının Dövlət bayrağının uzunluğu 11 metr, eni isə 5,5 metr təşkil edir.

Bayram tədbirində məktəblilər tərəfindən Vətənimizə, bayrağımıza həsr olunan şeirlər ifa edilib, Dövlət bayrağımızdan bəhs edən film nümayiş olunub.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Uğrunda can verdiyimiz müqəddəs bayrağımız

    Uğrunda can verdiyimiz müqəddəs bayrağımız ...

    9-11-2015, 11:36

  • 
  • "Bayrağımız Qarabağda dalğalanacaq" - Zakir Həsənov

    "Bayrağımız Qarabağda dalğalanacaq" - ...

    29-12-2016, 20:25

  • 
  • Qaradağda “Mənim üçrəngli bayrağım” mövzusunda dəyir masa keçirilib

    Qaradağda “Mənim üçrəngli bayrağım” mövzusunda ...

    8-11-2014, 00:45

  • 
  • DAŞKƏSƏNDƏ 9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜ MÜNASİBƏTİLƏ

    DAŞKƏSƏNDƏ 9 NOYABR – DÖVLƏT BAYRAĞI GÜNÜ ...

    10-11-2016, 17:08

  • 
  • Abşeronda BİABIRÇILIQ: Bayrağımıza qarşı hörmətsizlik

    Abşeronda BİABIRÇILIQ: Bayrağımıza qarşı ...

    8-11-2017, 19:00


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu