"Gəncə şəhərində partlayış baş verən binanın sakinləri köçürüləcəklər".
GundemXeber.Az xəbər verir ki, bu barədə report-a fövqəladə hallar nazirinin müavini Etibar Mİrzəyev məlumat verib. E.Mirzəyev bildirib ki, sakinlər üçün yeni bina tikilərək təhvil veriləcək: "Hazırda axtarış və təmizləmə işləri davam etdirilir. Binanın bir blokunda yerləşən dörd mənzil tamamilə dağılıb. Dördüncü və üçüncü mərtəbələrdə yaşayış olmayıb. Partlayış birinci mərtəbədə baş verib. Hadisə zamanı 3 nəfər ölüb, 1-i yaralıdır. Hazırda tədqiqatçılar və mütəxəssislər partlayışın baş verdiyi ərazidə araşdırma aparırlar. Hadisənin dəqiq səbəbləri araşdırılır. Araşdırmanın nəticələri barədə məlumat veriləcək".
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?