Yeni ailə quran cütlük dəm qazından zəhərlənərək dünyasını dəyişib.
Gundemxeber.az xəbər verir ki, hadisə səhər saatlarında, Şamaxının Məhəmməd Hadi ev 11 ünvanında qeydə alınıb.
26 yaşlı Nafiz Feyzullayev və onu həyat yoldaşı 21 yaşlı Gülşən Ağayeva ailə üzvləri tərəfindən vanna otağında huşsuz vəziyyətdə tapılıb. Hadisə yerinə gələn təcili tibbi yardım stansiyasını həkimləri onların öldüyünü müəyyən ediblər.
Şahid: “Səhər tezdən işə getməli idi. Durublar ikisi də gediblər hamama. Yoldaşım xəbər alıb, deyib ki, “mama çıxırıq”. Üzərindən 10-15 dəqiqə keçmişdi, gördüm, yoldaşım durdu. Mən də ayılmışdım. Həyətə düşdü, gördüm, qışqırır, mən də qaçdım dalınca. Qapını təpiklə sındırdım. Gördüm, ikisi də yerdədir”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?