GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » İcra başçılarının xanım müavinləri: - onlar kimlərdir?

İcra başçılarının xanım müavinləri: - onlar kimlərdir?

Tarix: 2-05-2019, 11:40 Bölmə :Bölgə Baxış: 787
İcra başçılarının xanım müavinləri: - onlar kimlərdir?


Son iki həftədə Səbayel rayon icra başçısının xanım müavini Xalidə Bayramovanın adı məlum olayla bağlı mətbuatda tez-tez çəkildi. Bu, həm də bir məsələni gündəmə gətirdi: maraqlıdır, ölkədə nə qədər xanım icra başçısının müavini postunu tutub və onların karyera yolu necədir? Bununla bağlı araşdırma aparıb, bəzi məlumatlar topladıq.

İlk olaraq Bakı Şəhər İcra Hakimiyyətindən başlayaq. Burada icra başçısının müavinlərindən biri Fidumə Hüseynovadır. O, ali təhsilini M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda alıb. Təhsil aldığı illərdə institut komsomol komitəsi katibinin müavini, 1984-cü ilə qədər komitənin katibi vəzifələrində fəaliyyət göstərib, 1984-1989-cu illərdə isə Bakı şəhəri, Nəsimi Rayon Komsomol Komitəsinin katibi olub.
2001-2003-cü illərdə Bakı Şəhər İcra Hakimiyyəti başçısının müavini, 2003-2005-ci illərdə Bakı şəhəri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Nəsimi rayon icra başçısının 1-ci müavini də xanımdır. Belə ki, 152 saylı orta məktəbin keçmiş direktoru Gülarə Verdiyeva 2017-ci ildən Nəsimi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsindədir. Gülarə Verdiyeva həm də birinci dərəcəli dövlət qulluqçusudur.

Onun karyerası pedaqoqluqla bağlıdır. Belə ki, 1993-1995-ci illərdə Gəncə şəhər 44 saylı orta məktəbdə laborant vəzifəsində, 1995-1998-ci illərdə Gəncə şəhər 44 saylı orta məktəbdə ibtidai sinif müəllimi, 1998-1999-cu illərdə Bakı şəhəri, Yasamal rayonu M.Müşfiq adına 18 saylı orta məktəbdə günü uzadılmış qrup rəhbəri, 1999-2007-ci illərdə Bakı şəhəri, Yasamal rayonu 18 saylı orta məktəbdə ibtidai sinif müəllimi, 2007-ci ildə Bakı şəhəri, Nəsimi rayonu 9 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2007-2009-cu illərdə Bakı şəhəri A.Hüseynzadə adına 20 saylı orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini, 2009-2010-cu illərdə Bakı şəhəri, Nəsimi rayonu 28 saylı orta məktəbdə və 2010-cu ildə Bakı şəhəri, Nəsimi rayonu 152 saylı tam orta məktəbdə direktor vəzifəsində çalışıb. 2013-cü ilin noyabr ayından Nəsimi Rayon İcra Hakimiyyətində humanitar məsələlər üzrə müavin vəzifəsinə təyin edilib. 2017-ci ildən isə birinci müavindir.

Qeyd edək ki, G.Verdiyeva eyni zamanda 2010-cu ildə deputatlığa namizədliyini vermiş, lakin seçilməmişdi.

Xətai rayon icra başçısının müavinlərindən biri Jalə Abdıyeva Zülfiqar qızıdır. Onun karyerası həkimlikdən keçib.2005-ci ildə Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi fakültəsini bitirib. 2006-2011-ci ildə 3 saylı Uşaq Dəri-Zöhrəvi Dispanserində dəri-zöhrəvi həkimi vəzifəsində çalışıb. 2011-2013-cü illərdə Mərkəzi Neftçilər Xəstəxanasında Xəstəxana Xidmətləri şöbəsinin müdiri, sonra şöbə rəisinin müavini vəzifəsində çalışıb. 2013-cü ildən icra başçısının müavinidir.

Yasamal rayon icra başçısının xanım müavini Təravət Muradovadır. Onun haqqında geniş məlumat mövcud deyil.

Nizami rayon icra başçısının müavinlərindən biri Gülnaz Şakir qızı İsrafilovadır. O, 1985-ci ildə Bakı Dövlət Universitetini filoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 1975-ci ildə Şəki İpək Birliyi toxucu istehsalatında ərişçi kimi başlayıb, 1985-1990-cı illərdə Bakı şəhəri Nizami rayonu 10 nömrəli orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi, 1990-1993-cü illərdə Nizami Rayon Təhsil Şöbəsində inspektor, 1993-2006-cı illərdə isə Nizami rayonu 214 nömrəli məktəbin direktoru vəzifəsində işləyib. 2006-cı ildə Nizami Rayon Təhsil Şöbəsinin müdiri, 2006-2009-cu illərdə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısı aparatında Təhsil, səhiyyə və mədəniyyət şöbəsinin müdiri vəzifələrində çalışıb. 2009-cu ildən Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində işləyir.

Fərəcova Rəna Möhübbət qızı Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinlərindən biridir. O, 2011-ci ildə Azərbaycan Dillər Universitetinin bakalavriatura səviyyəsinin “Xarici dil (ingilis dili) müəllimliyi”, 2013-cü ildə isə magistratura səviyyəsinin “Dilşünaslıq (ingilis dili)” ixtisaslarını fərqlənmə diplomu ilə bitirib. Əmək fəaliyyətinə 2012-ci ildə Azərbaycan Dillər Universitetinin İngilis dilinin tarixi və leksikası kafedrasında müəllim vəzifəsinə təyin olunaraq başlayıb. 2016-cı ilin sentyabr-noyabr aylarında müəllimliklə yanaşı, Azərbaycan Dillər Universitetinin Təhsil fakültəsində Tədris işləri üzrə dekan müavini vəzifəsində çalışıb. 2016-cı ilin noyabr-iyul aylarında Azərbaycan Dillər Universitetinin Tələbə qəbulu və tələbə qeydiyyatı mərkəzində direktor vəzifəsində işləyib. 2017-ci ildən Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini vəzifəsinə təyin olunub.

Eləcə də bölgələrdən Mingəçevir, İsmayıllı, Ağstafa, Göyçay, Şəki, Gədəbəy, Yevlax, Şirvan, Ağcabədi, Ağsu, Astara, Beyləqan, Balakəndə də icra başçılarının müavinlərindən biri xanımdır.///“Yeni Müsavat”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DYP şefinin qardaşı da «qara siyahı»ya düşüb

    DYP şefinin qardaşı da «qara siyahı»ya düşüb ...

    23-08-2013, 14:47

  • 
  • YAP-a monalit deyən xanım icra başçısının müavini oldu.NİYƏ?

    YAP-a monalit deyən xanım icra başçısının müavini ...

    8-01-2014, 18:07

  • 
  • Lənkəranın icra başçısının müavini işdən çıxarıldı

    Lənkəranın icra başçısının müavini işdən çıxarıldı ...

    27-12-2013, 13:57

  • 
  • Binəqədi rayon İcra başçısının həbsinə start verildi

    Binəqədi rayon İcra başçısının həbsinə start ...

    10-02-2016, 14:59

  • 
  • ​İşdən çıxarılan icra başçısının birinci müavini İSTEFA VERDİ

    ​İşdən çıxarılan icra başçısının birinci müavini ...

    15-12-2017, 14:58


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (270)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
cassino brasil online
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu