Sabirabadda sakinlərin ot tayalarını yandıran manyak peyda olub.
Gundemxeber.Az xəbər verir ki, hadisə Sabirabadın Nizamikənd kəndində cərəyan edir.
Kənd sakinlərinin sözlərinə görə, 4-5 gündən bir təxminən saat 22:23 radələrində ot tayaları yandırılır. Naməlum şəxs tərəfindən indiyə kimi 6 ot tayası yandırılıb.
Hətta evlərinin yandırılacağından ehtiyat edən sakinlər gecələr yatmayıb gözətçilik edirlər. Bir aya yaxındır kənd əhalisi belə vəziyyətdə yaşamaq məcburiyyətində qalıb.
Hadisə ilə bağlı polisə müraciət edildiyi bildirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?