GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində nöqsanlar aşkar edildi

Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində nöqsanlar aşkar edildi

Tarix: 19-07-2019, 16:23 Bölmə :Bölgə Baxış: 516
Bərdə Rayon Mərkəzi Xəstəxanasının fəaliyyətində nöqsanlar aşkar edildi


Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, dövlət büdcəsindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına ayrılan vəsaitlərin icrasının vəziyyəti ilə bağlı həyata keçirilmiş auditin nəticələri üzrə Hesabatı müzakirə edərək təsdiq edib.

GundemXeber.az Palataya istinadən xəbər verir ki, audit 2017-2018-ci illər üzrə 12113,1 min manat vəsaiti əhatə edib.

Hesabatda göstərilib ki, çarpayı günləri 2017-cı ildə 43,3%, 2018-ci ildə 43,7% icra olunmasına baxmayaraq, ayrı-ayrı xəstəxanalar üzrə çarpayı günlərinin icrası 2017-ci ildə 2,7%-dən 53,4%-dək, 2018-ci ildə 1,7%-dən 51,4%-dək fərqli olub. Carpayı günlərin az icra olunmasına baxmayaraq 2017-ci ilin əvvəlinə vakant olan 57,0 ştatın 10,0 vahidi, 2018-ci ilin əvvəlinə vakant olan 76,0 ştatın 4,0 vahidi xəstəxanalarda bir oklad işləyən işçilərə əvəzçilik üzrə verilib, ərzaq və dərman xərcinin icrası zamanı xəstəxanalar üzrə çarpayı günlərinin icrasının nəzərə alınmaması nəticəsində bir çarpayı gününə düşən dərman xərci 2017-ci ildə 0,5-4,4 manat, 2018-ci ildə 0,06-4,1 manat, ərzaq xərci isə müvafiq olaraq 2,4-3,7 manat, 2,9-4,8 manat təşkil edib, bəzi kənd sahə xəstəxanalarında isə icra olunmuş çarpayı günləri dərmanla təmin olunmayıb.

Nazirlər Kabinetinin 13 may 2005-ci il 13 may tarixli qərarı ilə təsdiq edilmiş “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərin insulin və digər şəkərsalıcı dərman preparatları, inyeksiya və özünənəzarət vasitələri ilə təminatı Qaydaları”nın tələbləri bəzi hallarda gözlənilməyib, istifadə müddəti bitmiş dərman, sarğı ləvazimatları və materialları aşkar edilib, əmək haqlarının hesablanması və ödənilməsi zamanı bir sıra normativ hüquqi sənədlərin tələbləri gözlənilməyib, tarif dərəcələrinin düzgün müəyyənləşdirilməməsi nəticəsində artıq əmək haqqı ödənilib, normadan artıq ərzaq məhsulları silinib, yerinə yetirilməmiş əsaslı təmir işlərinə görə vəsait ödənilib, ehtimal olunan qiymətlərin müəyyən edilməməsi səbəbindən mallara (işlərə və xidmətlərə) görə artıq vəsait ödənilib, satınalma keçirilmədən, təsdiqedici sənəd olmadan vəsait xərc edilib, səhiyyə müəssisələrinin tələbatından artıq mal-materillar alınaraq uzun müddət istifadəsiz saxlanılıb.



2017-2018-ci illərdə əsas vəsaitlərin silinməsi zamanı metal qırıntısı toplanıb təhvil verilməyib, nəqliyyat vasitələrinə artıq amortizasiya hesablanıb, Maliyyə Nazirliyinin 25 dekabr 2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması qaydaları”na bir sıra hallarda əməl edilməyib.

Hesabatda qeyd edilmiş nöqsanlar dinlənilib, Bərdə Rayon Mərkəzi xəstəxanası tərəfindən dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələbi pozularaq satınalma keçirilmədən vəsait xərc edilməsinə görə, eləcə də təyinatdankənar xərcə yol verildiyinə görə qanunvericiliyə uyğun olaraq tədbir görülməsi məqsədi ilə müvafiq materialların Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Xətəxana tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi də nəzərə alınmaqla qəbul edilmiş Kollegiya Qərarında həmçinin malların (işlərin və xidmətlərin) satınalınması zamanı “Dövlət satınalmaları haqqında” qanunun və dövlət satınalmalarını tənzimləyən digər normativ-hüquqi aktların tələblərinə tam əməl edilməsi, mal-materialların bazar qiymətlərindən baha alınması nəticəsində artıq ödənilmiş vəsatlərin dövlət büdcəsinə bərpası, səhiyyə müəssisələrinin tələbatından artıq alınaraq uzun müddət istifadəsiz saxlanılmış müxtəlif avadanlıq və mal-materialların istifadəsi ilə bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlərin görülməsi, 2018-ci ilin maliyyə hesabatlarında və digər hesabatlarda qeyd olunan pozuntular və uyğunsuzluqlar aradan qaldırılmaqla 2019-cu ilin maliyyə hesabatlarının müvafiq qaydalara uyğun olaraq tərtib edilməklə Hesablama Palatasına təqdim olunmasının təmin edilməsi göstərilib.

Auditin nəticələri üzrə aşkar edilmiş qanunvericiliyin pozulması halları, nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədi ilə “Hesablama Palatası haqqında” qanunun 27.6-cı maddəsinə uyğun olaraq ölkə qanunvericiliyi ilə müəyyən olunmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün Kollegiya qərarı və Auditor hesabatının surəti Səhiyyə Nazirliyinə, Bərdə Rayon İcra Hakimiyyətinə və Bərdə Rayon Mərkəzi Xəstəxanasına göndərilib.

Auditin nəticələri ilə bağlı Milli Məclisə məlumat verilib.

GundemXeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Nazim İbrahimovun yeyintisi İFŞA OLUNDU - RƏSMƏN

    Nazim İbrahimovun yeyintisi İFŞA OLUNDU - RƏSMƏN ...

    28-03-2019, 16:01

  • 
  • İmişli Rayon Təhsil Şöbəsində özbaşınalıq

    İmişli Rayon Təhsil Şöbəsində özbaşınalıq ...

    20-08-2016, 15:07

  • 
  • Bu da Hacıbala Abutalıbovun YEYİNTİSİ - RƏSMİ İTTİHAM

    Bu da Hacıbala Abutalıbovun YEYİNTİSİ - RƏSMİ ...

    28-03-2019, 21:13

  • 
  • Hesablama Palatası AZAL-ın işində nöqsanlar aşkarlayıb

    Hesablama Palatası AZAL-ın işində nöqsanlar ...

    30-01-2018, 21:47

  • 
  • Sabunçuda çarpayı alışdı, ev yandı

    Sabunçuda çarpayı alışdı, ev yandı ...

    14-09-2016, 10:14


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu