Şamaxıda ehtiyatsızlıq səbəbindən üç yaşlı uşaq zəhərlənib.
Bu gün səhər saatlarında Şamaxıda yaşayan 2016-cı il təvəllüdlü Rəhimov Cəlal Cəlil oğlu ehtiyatsızlıq səbəbindən zəhərlənib.
Uşağın vəziyyəti ağır olduğundan onu təcili olaraq Bakıya - 1 saylı Kliniki Tibbi Mərkəzə göndəriblər.
1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov açıqlamasında səhər saatlarında mərkəzə zəhərləmə ilə azyaşlı uşağın daxil olduğunu təsdiqləyib. O bildirib ki, uşağın vəziyyəti ağır olduğundan Bakıya göndəriblər:
“Uşağın vəziyyəti həddindən artıq ağırdır. Anası səhvən uşağa xlorofos məhlulu içirib. Hazırda uşağın vəziyyəti kritikdir. Həkimlər əllərindən gələni edir ki, onu ağır vəziyyətdən çıxarsınlar. Bu dəqiqə üçün heç nə demək mümkün deyil”.
Sorğu
Yeni dizaynımız necədir?