GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Neftçalanın aqibəti Beyləqan Məşğulluq Mərkəzini də gözləyir – İlham Quliyev də həbs edilə bilər

Neftçalanın aqibəti Beyləqan Məşğulluq Mərkəzini də gözləyir – İlham Quliyev də həbs edilə bilər

Tarix: 22-02-2020, 18:45 Bölmə :Bölgə Baxış: 677
Neftçalanın aqibəti Beyləqan Məşğulluq Mərkəzini də gözləyir – İlham Quliyev də həbs edilə bilər


“İşsizin DOST”u proqramının “mehriban DÜŞMƏNi” Və yaxud Beyləqanın məşğulluq müdiri İlham Quliyevin “ASAN imza” tələsi

Bildiyimiz kimi, Azərbaycan Respublikasının yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, dövlət orqanlarının fəaliyyətinə kölgə salan qanunsuz əməlləri törədənlərə qarşı ciddi mübarizə tədbirləri həyata keçirilməkdədir.

Son iki-üç ayda Ağstafa, Yevlax, Neftçala rayonlarının rəhbər vəzifəli şəxslərinin səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib vətəndaşların hüquqlarına, cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı cinayət əməllərinə yol vermələrinə dair məlumatlar əsasında, kompleks araşdırma tədbirləri aparılmışdır.
Neftçalanın aqibəti Beyləqan Məşğulluq Mərkəzini də gözləyir – İlham Quliyev də həbs edilə bilər
Neftçalada həyata keçirilən əməliyyat həm də onu göstərdi ki, təkcə rayon icra hakimiyyəti başçılarından deyil, həm də onların korrupsiya ortaqları olan orta ranqlı məmurlardan da məsuliyyət sorulur. Belə ki, rüşvət alma və rüşvət vermə ilə bağlı faktlara görə rayon İcra Hakimiyyətinin başçısı İsmayıl Vəliyevlə bərabər, onun müavinləri Vurğun Əkbərov, Gültəkin Sadıqova, Memarlıq və tikinti şöbəsinin müdiri Vüqar Nağıyev, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Cəfərov, rayon Mərkəzi Xəstəxanasının baş həkimi Telman Zahidov, rayon Təhsil şöbəsinin müdiri Əjdər Kərimov da Cinayət Məcəlləsinin müvafiq maddələri ilə şübhəli şəxs qismində saxlanılmışlar. Hazırda cinayət işi üzrə bütün halların tam, hərtərəfli araşdırılmaqla təqsirli şəxslərin dairəsinin müəyyənləşdirilərək istintaqa cəlb olunması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir. Ehtimal böyükdür ki, təqsirli şəxslərin dairəsinə yerli məşğulluq idarəsinin rəisi də cəlb oluna bilər. Çünki, istintaq araşdırmaları ilə həmçinin, dövlət qayğısı ilə əhatə olunmuş işsiz və aztəminatlı vətəndaşların ictimai işlərə cəlb edilərək aylıq qazanc əldə edə bilmələri üçün onlara məxsus əməkhaqqı kartlarının İsmayıl Vəliyev tərəfindən müxtəlif adlar altında ələ keçirilməsinə də əsaslı şübhələr müəyyən edilmişdir.

Fəaliyyəti araşdırılması gərəkən qurumlardan biri də Beyləqan rayon Məşğulluq Mərkəzi, əməlləri vətəndaşların hüquqlarına, dövlətin qanunla qorunan mənafelərinə zərər vurma, dövlət orqanlarının fəaliyyətinə kölgə salma şübhəsi doğuran vəzifəli şəxslərdən biri isə həmin Mərkəzin rəisi İlham Quliyevdir.
Neftçalanın aqibəti Beyləqan Məşğulluq Mərkəzini də gözləyir – İlham Quliyev də həbs edilə bilər
Xatırladaq ki, İlham Quliyev Füzuli Ələkbərovun Əmək və Əhalinin Sosial Müdafiəsi naziri olduğu dövrdə Beyləqan rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. Həmin dönəmdə onun barəsində vətəndaşlardan yuxarı instansiyalara çoxsaylı şikayətlər göndərilib, KİV-də haqqında xeyli tənqidi yazılar dərc olunub. Səlim Müslümov nazir olandan sonra İlham Quliyevi işdən qovub. Bir ara Beyləqan bazarında müxtəlif çeşidlərin alveri ilə başını girləyən İlham Quliyev Səlim Müslümov nazir postundan gedəndən sonra sələfinin kadrlarını uzaqlaşdıraraq öz komandasını formalaşdıran yeni nazir Sahil Babayevə yaxınlaşmağı bacarıb. ƏSMM-də Daxili Nəzarət İdarəsinin müdiri vəzifəsinə gələn Heybət İmanovun vasitəsilə Beyləqan Məşğulluq Mərkəzinə direktor təyinatı alıb. Səlim Müslümovun dövründəki ab havanı yenidən dirçəldən mərkəz direktoru işsizlik adı altında yaxınlarının, dost tanışlarının adını işsizlər siyahısına yazdırıb. KİV-ə ayaq açan şikayətlərdə bildirilir ki, mərkəz direktoru işsiz statusu ilə təmin etdiyi şəxslərə verilən pulun ən azı 6 ayını əvvəlcədən alır. İlham Quliyevdə həmçinin onlarla kartın olduğu iddia olunur.
Neftçalanın aqibəti Beyləqan Məşğulluq Mərkəzini də gözləyir – İlham Quliyev də həbs edilə bilər
Bildiyimiz kimi, ölkə Prezidenti İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərin təşkil olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi nəzdində “DOST İş Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb. Yeni yaradılmış həmin “DOST İş Mərkəzi” MMC-yə heç bir peşə hazırlığı və ixtisas tələb olunmayan işçilər tələb olunur. Bu işlərə sosial xidmətlərin göstərilməsi, təmir, abadlaşdırma, ərazilərin ekoloji sağlamlaşdırılması, o cümlədən yaşıllaşdırma işləri, parklara, ictimai yerlərə qulluq və s. daxildir. Prosedura görə “İşsizin DOST-u proqramı əsasında işə cəlb olunanlar məhz məşğulluq orqanlarında işsiz və işaxtaran kimi qeydiyyatda olan vətəndaşlar arasından müəyyən edilir. Məşğulluq mərkəzlərinin müvafiq göndərişi əsasında həmin şəxslərlə DOST İş Mərkəzində əmək müqaviləsi bağlanılır və elektron informasiya sistemində qeydiyyatdan keçirilərək rəsmiləşdirilir. Hər bir işçi üçün sifariş olunmuş əməkhaqqı kartını bank yalnız vətəndaşın özünə verir. Kartı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini təqdim edir, müvafiq sənədə imza atır”. İşə qəbul zamanı vətəndaşlarla əmək müqaviləsi bağlanır və elektron sistemdə qeydiyyatdan keçirilərək rəsmiləşdirilir, işçinin sosial müdafiə hüquqları təmin edilir. “İşə qəbul edilmiş şəxslərin siyahısı müvafiq rayon (şəhər) İcra Hakimiyyətlərinin yerli qurumlarına (Mənzil Kommunal Təsərrüfatı Birlikləri, yaşıllaşdırma, tikinti-təmir idarələri və s.) təqdim edilir və bu qurumlar onları ictimai işlərə cəlb edir. Başqa işəgötürənlər də Məşğulluq Mərkəzinə boş iş yerləri haqda məlumat təqdim edirlər. Məşğulluq Mərkəzi tərəfindən işsiz və işaxtaran vətəndaşlara həmin boş iş yerlərinə göndəriş vərəqələri verilir.
Neftçalanın aqibəti Beyləqan Məşğulluq Mərkəzini də gözləyir – İlham Quliyev də həbs edilə bilər
Problem budur ki, İlham Quliyev vətəndaşların işsiz və işaxtaran kimi məşğulluq mərkəzində qeydiyyata durmaq qaydasına özünün lüzumsuz əlavələrini edib. Məsələn, şəxslər elektron informasiya sistemində elektron ərizəni doldurduqdan sonra işaxtaran kimi qeydiyyata alınırlar. Şəxs işaxtaran kimi qeydiyyata alındığı zaman onun elektron informasiya sisteminə daxil etdiyi məlumatlar əsasında elektron qaydada fərdi məşğulluq vərəqi tərtib edilir. Hoqqalardan biri odur ki, elektron ərizəni doldurmağı bacarmayan şəxslərə təmənnasız köməklik göstərilmir, onlara 30 manat ödəyib “ASAN imza” açdırmaq, İlham Quliyevin rayonun müxtəlif yerlərindəki inhisarında olan komputer mərkəzlərində bu işi 15 manata gördürmək təklif olunur. Prosedurun ən üzücü mərhələsi isə İlham Quliyevin sənədlərini qəbul etdiyi işsiz vətəndaşla fərdi söhbətidir. Direktor əlinin altında bir-bir çevirdiyi sənədlərə sanki inanmırmış kimi işaxtaran vətəndaşa artıq suallar verir. Məsələn, soruşur ki, barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı varmı. DSMF-in arayışı ortada olduğu halda belə cavan adamlara (ələxüsusda gənc işaxtaran xanımlıara)sual edir ki, yaşa görə əmək pensiyası və ya yaşa görə müavinət alırlarmı, adlarına torpaq sahələri varmı. Əksinə, yaşlı adamları sorğu-suala tutur ki, onlar ali və orta ixtisas təhsil müəssisəsində oxuyurlarmı. Şəxsin torpaq sahəsinin olmadığını təsdiqləən arayışı isə ƏMDK-nin erli qurumundan almaq da xərc tələb edir.

İlham Quliyev təqdim olunmuş sənədləri və məlumatları zərrəbinlə gözdən keçirərək onlarda təhrif olunmuş və ya düzgün olmayan məlumatlar “aşkar etməyə” çalışır. İlham Quliyevin ümumiyyətlə, cəmiyyətin “axırıncı sort”, geridə qalmış zümrəsi hesab etdiyi, “yuxarıdan aşağı” baxdığı işsizlər sırasında ən çox çək-çevirə saldığı şəxslər isə qadın cinsinə mənsub işaxtaranlardır. Direktor söhbət əsnasında çörək qazanmaq xatirinə küçə süpürməyə, zibil daşımağa hazır olan bu qadınların əxlaqına da bələd olmaq istəyir. Halbuki, bu, onun kompetensiyasına aid olan məsələ deyildir.

Belə bir məsəl var: Dostunu göstər – sənin kim olduğunu deyim. Xatırladaq ki, “Realmedia.az” saytı keçən ilin may ayında 40 nəfərdən artıq vətəndaşların şikayətləri, göndərdikləri video və audio-materiallar və saytın əməkdaşlarının apardıqları araşdırmalar əsasında “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi” MMC-nin rəhbəri Anar Hüseynov, MMC-nin – Beyləqandakı Aran Regional İdarəsinin rəisi Hikmət Ağayev və digər struktur vahidləri rəhbərləri barəsində tənqidi yazılar dərc edəndə də Beyləqan rayon Məşğulluq Mərkəzinin müdiri İlham Quliyev də yaxın dostu, adı vaxtilə FETÖ-nün Azərbaycandakı şəbəkəsi ilə işbirliyində hallanan Anar Hüseynova dəstək vermək üçün başını başlara qoşmuşdu. Bildirilirdi ki, Məşğulluq müdiri “parçala və hökm sür” prinsipi ilə şikayətçiləri bir-bir çağıraraq onları öz kabinetindən qurduğu telefon əlaqəsi ilə Anar Hüseynovla danışdırırmış. Həm İlham Quliev, həm də Anar Hüseynov hərəsi öz növbəsində həmin şəxslərə vəd verirmişlər ki, bu məsələdən geri çəkilsinlər, əvəzində özlərini və ailə üzvlərini işlə təmin edəcəklər. Bir sözlə, “parçala və hökm sür” siyasəti yürüdüblər.

P.S. Məlumat üçün qeyd edək ki, keçən ilin yanvar ayında Zaqatala Rayon Məşğulluq Mərkəzinin direktoru Musa Feyzullayev intihar edib, Cəlilabad rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsini icra edən Mehdi Abasov və Mərkəzin baş məsləhətçisi Hafis Allahyarov isə korrupsiya ittihamı ilə həbs olunublar. Görünən odur ki, İlham Quliyev də yolun sonuna gəlib. Adlarını çəkdiyimiz həmkarlarının aqibətini bölüşməsini arzulamırıq. Elə üzüsulu vəzifəsini tərk etsə yaxşı olar. Beyləqan bazarı ona qucaq açmağa hazırdır.

Qarşı tərəfin də söz haqqı var.//realmedia.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​DTX Neftçalada həyata keçirilən əməliyyatın görüntülərini yaydı - ANBAAN VİDEO

    ​DTX Neftçalada həyata keçirilən əməliyyatın ...

    21-02-2020, 20:51

  • 
  • İcra hakimiyyətində vəzifəli şəxslər tutulub - DTX rəsmi məlumat yaydı

    İcra hakimiyyətində vəzifəli şəxslər tutulub - ...

    20-02-2020, 16:12

  • 
  • Məhkəmə Məşgulluq Mərkəzinin 2 əməkdaşını azadlığa buraxıb

    Məhkəmə Məşgulluq Mərkəzinin 2 əməkdaşını ...

    2-02-2018, 16:40

  • 
  • Həbs olunan MTN zabitlərini hansı cəzalar gözləyir

    Həbs olunan MTN zabitlərini hansı cəzalar gözləyir ...

    20-10-2015, 22:29

  • 
  • Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilmişdir

    Bankın vəzifəli şəxslərinin qanunsuz əməlləri ...

    3-05-2015, 13:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu