Göyçayda gizli fəaliyyət göstərən kafe aşkar olunub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, karantin rejimi qaydalarının təmin olunması məqsədilə Göyçay Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində xidmət aparılan zaman Birinci Ərəbcəbirli kəndində gizli şəkildə fəaliyyət göstərən kafe aşkar edilib.
Kafenin sahibi Sabit Məmmədovun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub və o, Göyçay Rayon Məhkəməsinin qərarı ilə inzibati həbs olunub.
Qeyd edək ki, rayonun Birinci Ərəbcəbirli kənd sakini S.Məmmədova bir neçə gün öncə karantin rejimi qaydalarını pozaraq, gizli şəkildə kafe işlətdiyi üçün Polis Şöbəsinin əməkdaşları tərəfindən xəbərdarlıq edilib və barəsində protokol tərtib edilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?