Ağsu rayonunda karantin rejimini pozan piyada və sürücülər cərimələniblər.
Son bir sutka ərzində Ağsu Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində 25 nəfər sürücü və piyada barəsində İnzibati Xətalar Məcəlləsinin 211 maddəsi ilə cərimə tətbiq olunub.
Qeyd edək ki, ümumilikdə karantin rejimi tətbiq olunandan bu günə qədər Ağsu RPŞ-nin əməkdaşları tərəfindən 154 nəfər cərimələnib, 6 nəfər inzibati qaydada həbs edilib.
Hazırda Ağsu RPŞ əməkdaşları gücləndirilmiş iş rejimində xidmətlərini davam etdirir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?