Bu gün bəşəriyyəti düşündürən, cəmiyyətin ciddi bəlasına çevrilən, insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq ən ağrılı problemlərdən birinə çevrilib.
Belə ki, bu gün redaksiyamıza Gədəbəy rayonundan məlumat daxil olub. Verilən məlumata görə, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan bir qrup şəxslər Gədəbəy Rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Rayon sakinlərinin məlumatlarına görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində H. Əliyev mərkəzinin qarşısında rayon sakinləri Bayramov Ramin, Şirinov Rauf, Əliyev Rövşən və digər qrup üzvüləri narkotik vasitələr saxlamaqda şübhəli bilindiyi üçün həbs olunublar. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, həbs əməliyyatı zamanı Gədəbəy Rayon Polis idarəsinin rəisi də hadisə yerində iştirak edib. Həbs olunanların barəsində təhqiqat aparılır.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?