Daxili İşlər Nazirliyi Lənkəranda baş verən quldurluq hadisəsi barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Lənkəran şəhər-rayon polis şöbəsinə avqustun 1-də saat 7 radələrində “VAZ-2106” markalı avtomobildə gəlmiş 2 nəfərin şəhər sakini T.Fətullazadəni döyüb, içərisində 60000-70000 manat dəyərində qızıl-zinət əşyaları olan çantasını almaları barədə müraciət daxil olub.
Müraciətlə əlaqədar dərhal polis əməkdaşları tətrəfindən müvafiq tədbirlər həyata keçirilib.
Əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən şəhər sakini N.Xəlilov, Masallı rayon sakinləri, əvvəllər məhkum olunmuşlar - İ.Məmmədli və Z.Hüseynzadə polis əməkdaşları tərəfindən saxlanılıblar.
Şəxsi axtarış zamanı onlardan metamfetamin aşkar edilib.
Sorğu
Yeni dizaynımız necədir?