10 noyabr 2020-ci il üçtərəfli razılaşmasına görə, Azərbaycanın erməni faşistlərinin işğal etdiyi bütün bölgələri özünə qaytarılır . Açıqlamada Kəlbəcər, Laçın, Ağdam bölgələrinin qaytarılması vaxt cədvəli ilə göstərilsə də , digər işğal yerlərinin konkret adları çəkilməyib. Amma Naxçıvana dəhliz açılması 30 ildir işğalda olan Kərki anklavını da içinə alacağından rahatsızlıq doğurmur. Qazaxın işğalda olan 7 kəndinin Ağdamla bir gündə yiyələrinə qaytarılacağını isə Türkiyə Prezidenti Ərdoğan bildirib. Yəqin ki, Ərdoğan bəyimizin boşuna söz demədiyi də heç kimə sirr deyil. 20 noyabrda Ağdamın işğalçılardan qurtulması sevinci Qazaxın kəndlərini deyəsən, unutdurdu. Üçtərəfli açıqlamanın Ermənistanın kapitulyasiyası olması göz önündədir. Bu isə o deməkdir ki, 75 il əvvəl faşist Almaniyasının tutduğu bütün torpaqları qaytardığı, hələ üstəlik Keniqsberqi -Kalininqradı və digər öz bölgələrini təslim etmək zorunda qaldığı kimi, Ermənistan da qeyd-şərtsiz Qazaxın kəndlərini təslim etməlidir. Bir çox “ekspertlər” bu kəndlərin anklav olduğu nədənindən Başkəndlə qarışıq salırlar. Bunlar unudur ki, birincisi, qalibləri mühakimə etmirlər və ikincisi, anklav olmayan, hər iki millətin yaşadığı Xankəndi şəhərimizə qədim Zəngəzurumuzdan “Laçın dəhlizi” ayırırıq. Odur ki, Qazaxın 7 kəndinin haçağ qaytarılacağı da dəqiqləşdirilməlidir. Şuşada, Ağdamda ... Azərbaycan Bayrağı, himni, azan səsi havalandığı kimi, Qazaxın o 7 kəndində də səsimiz, bayrağımız ucaldılmalıdır. Ərdoğan bəy söz , İlham bəy qələbə sorağı verib! Azərbaycan xalqı Dəmir Yumruğun Qazaxın 7 kəndini işğaldan azad edəcəyi günü gözləyir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?