“Gəncə şəhərinə atılan raket nəticəsində ümumilikdə 9 məktəbə ziyan dəyib. Onlardan 4 və 29 saylı məktəblərə ciddi ziyan dəyib, digərlərində 3, 5, 15 pəncərəsi sınanlar var. Onların bir neçəsində pəncərələrinin, çərçivələrin bərpası işləri başa çatıb, bir neçəsində davam edir”.
Bunu Gəncə Şəhər Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev deyib.
O bildirib ki, 4 nömrəli məktəbin bir korpusu tamamilə yararsız vəziyyətdədir və təmir üçün saxlanılıb: “Məktəbin digər korpuslarında tədris davam edəcək. 29 nömrəli məktəb köhnə olduğu üçün terror aktı nəticəsində ora ciddi ziyan dəyib. Həmin məktəbdə tədris dayandırlıb. Məktəbin 929 şagirdi dərslərə yaxınlıqda yeni tikilmiş 18 nömrəli məktəbdə davam edəcəklər. 7 məktəbin bir neçəsinin pəncərə və çərçivələlərin təmiri bitib, bir neçəsi üzərində iş gedir. Bunlarda fevralın 1-ə qədər tam təmir olunub istifadəyə veriləcək”./report,az/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?