Diplomatik korpus nümayəndələrinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə səfəri başlayıb.
Gundemxeber.az bildirir ki. bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev " Twitter"də bildirib. H.Hacıyev bildirib ki, Prezident İlham Əliyevin göstərişi əsasında diplomatik korpus nümayəndələrinin Azərbaycanın azad edilmiş Füzuli, Qubadlı və Laçın rayonlarına səfəri başlayıb: "Səfirlərə, beynəlxalq təşkilat rəhbərlərinə və hərbi attaşelərə bu səfərdə bizə qoşulduqlarına görə minnətdarıq".
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?