Gecə saatlarında Tovuz şəhərin Heydər Əliyev prospektində yol-nəqliyyat hadisəsi baş verib.
"Azəriqaz" İB-dan verilən məlumata görə, avtomobil qəzası zamanı diametri 108 mm olan qaz xətti yararsız hala düşüb. Nəticədə 800 abonentin qaz təchizatında müvəqqəti fasilə yaranıb. Şəmkir Regional qaz istismarı İdarəsinin əməkdaşları hadisə yerindədir və səhər saatlarından qaz təminatının bərpası işlərinə başlanılıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?