GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Qarabağda anti-terror əməliyyatı gözləniləndir

Qarabağda anti-terror əməliyyatı gözləniləndir

Tarix: 20-04-2021, 12:54 Bölmə :Bölgə Baxış: 132
Qarabağda anti-terror əməliyyatı gözləniləndir


"Qanunsuz və təhlükəli fəaliyyət separatçıların özbaşına görəcəyi iş deyil".

Burada Rusiya sülhməramlılarının havadarlığı, bəlkə də birbaşa rolu və təlimatı var

Separatçı ermənilər Qarabağdakı rus sülhməramlılarının məsuliyyət zonasına daxil yollarda "yeni nəzarət məntəqələri" yaratmaq niyyətinə düşüblər. Özünü "Qarabağ polis"inin rəisi kimi təqdim edən separatçı Artyom Arutyunyan Şuşa-Xankəndi magistral yolunda, həmçinin, Xankəndi-Şuşakənd nəzarət-keçid məntəqəsində olub.

İddia edilib ki, Qarabağda Azərbaycan tərəfinin müşahidəsi altına düşən ərazilərin monitorinqinin gücləndirilməsi planlaşdırılır. Bundan əvvəl isə rus sülhməramlılarının yaratdığı şəraitdən istifadə edərək Xankəndiyə qayıdan və separatçı fəaliyyətlərini davam etdirən qondarma "daxili işlər naziri" Karen Sarkisyanın əmri ilə Şuşakənd-Dağyurd-Qırmızı Bazar yolu üzərində quraşdırılmış "polis" nəzarət-buraxılış məntəqəsində növbətçilik gücləndirilib. Heç şübhəsiz, Ermənistanın birbaşa dəstəyi ilə həyata keçirilən bu separatçı fəaliyyət 10 noyabr 2020-ci il bəyanatına ziddir və növbəti münaqişə ocağının yaranmasına xidmət edir. Bu isə bölgədə antiterror əməliyyatı keçirmək üçün Azərbaycana imkan verir.

AĞ Partiya sədri Tural Abbaslı "Şərq"ə bildirib ki, bu cür qanunsuz və təhlükəli fəaliyyət separatçıların özbaşına görəcəyi iş deyil. Partiya rəhbərinin fikrincə, burada Rusiya sülhməramlılarının havadarlığı, bəlkə də birbaşa rolu və təlimatı var:

"Rusiya özünün regionda qalmasını əbədiləşdirmək üçün bölgədəki konfliktin tam həllində maraqlı deyil. Əksinə, qondarma rejimin tör-töküntülərinə dəstək o anlama gəlir ki, Moskva mövcud problemin daha da mürəkkəb hal almasında maraqlıdır. Kreml artıq bitmiş və məhv olmuş bir rejimin qalıqlarından yenidən nəsə düzəldərək Azərbaycana qarşı təhdid yaratmaq istəyir. Özü isə "sülh göyərçini" rolunda çıxış etmək həvəsindədir. Əlbəttə, buna qətiyyən imkan vermək olmaz. Konkret mövqeyimizi ortaya qoymalıyıq. Ultimativ qaydada həm Rusiyaya, həm də Ermənistana xəbərdarlıq mesajı verilməlidir. Beynəlxalq təşkilatlar separatçıların addımları ilə bağlı məlumatlandırılmalıdır. Əgər bu cür təxribatçı addımlar davamlı olarsa, Azərbaycan Ordusu dərhal Qarabağda anti-terror başlatmalıdır".

T.Abbaslı vurğulayıb ki, 1989-cu ilin hadisələrinin təkrarlanmasına yol verməməliyik:

"O vaxtı da ermənilər buna bənzər hərəkət edirdilər, Xankəndinə gedən yollara "nəzarəti" ələ keçirirdilər, azərbaycanlıları sıxışdırırdılar. Görünür, ermənilər müharibənin acı nəticələrini unutduqca yenidən dirçəlməyə cəhd göstərirlər. 44 günü düşmənə yenidən xatırlatmalıyıq. Sadəcə siyasi yollarla deyil, hərbi vasitələrlə də mövqeyimizi təkrarlamalıyıq. PUA-larımız qondarma erməni postlarını separatçılarla birgə məhv etməlidir".

Gundfemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiya XİN-dən Qarabağda sülhməramlılarının sayının artırılması məsələsi ilə bağlı AÇIQLAMA

    Rusiya XİN-dən Qarabağda sülhməramlılarının ...

    18-11-2020, 17:31

  • 
  • Separatçı-terrorçu erməni xuntası torpağımızda “daxili işlər nazirliyi” də yaratdı... - NƏ BAŞ VERİR?

    Separatçı-terrorçu erməni xuntası torpağımızda ...

    22-01-2021, 10:39

  • 
  • Peskovdan Qarabağda Türkiyə sülhməramlılarının yerləşdirilməsi məsələsi ilə bağlı AÇIQLAMA

    Peskovdan Qarabağda Türkiyə sülhməramlılarının ...

    12-11-2020, 15:32

  • 
  • Ermənistanın baş naziri Kəlbəcərə gəldi: Ermənilər Kəlbəcər suyunun istehsalına başlayırlar - FOTOLAR

    Ermənistanın baş naziri Kəlbəcərə gəldi: ...

    16-08-2017, 16:45

  • 
  • Xankəndi hava limanına kim nəzarət edəcək? - AÇIQLAMA

    Xankəndi hava limanına kim nəzarət edəcək? - ...

    26-11-2020, 14:20


Təqvim

«    İyul 2022    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

İyul 2022 (38)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (646)
Mart 2022 (666)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (605)
Avqust 2021 (505)
İyul 2021 (543)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (583)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (462)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1047)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1151)
Oktyabr 2017 (931)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1201)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (564)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (602)
Fevral 2016 (840)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (580)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (882)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu