Ermənilər Azərbaycanla sərhəddə sakit dayanmırlar. Dünən Kəlbəcər rayonunun Yuxarı Şorj kəndi yaxınlığında yerləşən Ordumuzun mövqeləri yenə atəşə tutulub. Gundemxeber.az JAMAZ.İNFO-ya istinadla xəbər verir ki, bu barədə Ermənistanın ombudsmanı Arman Tonoyan məlumat verib.
O iddia edib ki, dünən saat 13:30 radələrində Yuxarı Şorjda yaşayan ermənilərə məxsus 20-yə yaxın at sərhəddi keçiblər. Onun sözlərinə görə, son günlər kəndin heyvanlarının sərhəddi keçməsi adi hal alıb. “Bir qrup Azərbaycan hərbçisi atları sərhəddə yaxınlaşmağa imkan verməyib. Daha sonra, onları qənimət olaraq götürməyə cəhd göstərib. Lakin Ermənistan hərbçiləri bunu görərək, əvvəlcə havaya, daha sonra isə Azərbaycan Ordusunun mövqelərinə atəş açıb”.
Tonoyan hadisə nəticəsində ölən və yaralananın olmadığını, hazırda Yuxarı Şorjda vəziyyətin sabit olduğunu bildirib.
Xatırladaq ki, ermənilər mütəmadi olaraq sərhədd boyu təxribat törətməklə yanaşı, sərhəddi pozmağa da cəhd edirlər. Onlar iddia edirlər ki, hazırda Azərbaycan Ordusunun yerləşdiyi ərazilər guya, Ermənistana məxsusdur və uzun illərdir onlar həmin ərazidən otlaq kimi istifadə ediblər. Bundan başqa, ermənilər öz yalanlarını özləri təkzib etməyə də başlayıblar. Belə ki, dünən Xnaçax kəndinin sakini Hraqat Mesropyan ona məxsus atın və 60 baş inəyin Azərbaycan hərbçiləri tərəfindən qənimət olaraq götürüldüyü, bunu kəndə girərək həyata keçirdiyini iddia etmişdi. Lakin Xnaçaxın da daxil olduğu Tex kəndinin icra nümayədəsi açıqlama verərək, Mesropyanın yalan danışdığını, Azərbaycan Ordusunun kəndə girmədiyini, ümumiyyətlə, Mesropyanın cəmi 2 baş inəyinin olduğunu bildirib.
Qeyd edək ki, ermənilər özləri at oğrusu olduqlarından, hamını bu gözdə görürlər. Dünya tarixini saxtalaşdıran, bütün dünyaya yalan danışaraq, öz xəyanətlərini, satqınlıqlarını “əzabkeşlik” kimi göstərən ermənilərin bu gün Azərbaycana şər atması da qeyri-adi bir şey deyil.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?