GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Bakı Bəyannaməsinə Basarkeçərdən atılan güllələr: bu dəfə “atan kazaklar” deyil

Bakı Bəyannaməsinə Basarkeçərdən atılan güllələr: bu dəfə “atan kazaklar” deyil

Tarix: 29-07-2021, 10:33 Bölmə :Bölgə Baxış: 344
Bakı Bəyannaməsinə Basarkeçərdən atılan güllələr: bu dəfə “atan kazaklar” deyil


Ermənistan-Azərbaycan sərhədinin Kəlbəcər bölgəsində vəziyyət günbəgün gərginləşməkdədir. Dişlərində şirə qalıb, 1993-cü ildə də Kəlbəcərdən revanş götürmüşdülər axı... Anlamırlar ki, Azərbaycan o Azərbaycan deyil, həmsədrlər həminki olsa da!

10 noyabr və 11 yanvar üçtərəfli anlaşmasını pozan düşmən ölkə açıq şəkildə həyasızlıq edir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, Basarkeçər istiqamətindən tank və minaatanlardan istifadə edərək mövqelərimizi atəşə tutublar. Düzdür, düşmənin burnu növbəti dəfə lazımi şəkildə ovulub. Amma Ermənistanda bu cəsarət hardandır?

Cəmi 44 günə ordusu darmadağın edilən, 10 min fərarisi olan, hərbi texnikasının, müxtəlif növ silahlarının xeyli hissəsi Xəzər sahilindəki Hərbi Qənimətlər Parkında sərgilənən erməniləri kimdir cürətə gətirən, “qorxma, səninləyəm”, deyən?

Məncə, bu sualın cavabını araşdırmaq üçün son günlərin xəbərlərinə göz gəzdirmək lazımdır. Elə iki gün əvvəl ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi Zəngəzura səfər etdi. Ermənistanın vəziyyəti gərginləşdirdiyi Basarkeçərdən üzü bəri, Kəlbəcər tərəfə boylandı, erməni hərbçilərin əhatəsində! Niyə, çoxmu vacib idi? Necə olur ki, Ağ Ev-in Bakıdakı səfiri Şuşaya gedən diplomatik korpusa qoşulmur, amma Amerikanın İrəvandakı səfiri Linn Treysi Ermənistan Müdafiə Nazirliyinin nümayəndələrinin müşayiəti ilə Azərbaycanla sərhəddək gəlir? Düz Yuxarı Şorja qədər...

Bir neçə saat sonra isə ermənilər Azərbaycan mövqelərini məhz həmin istiqamətdən tank və minaatanlardan atəşə tuturlar! Bu qədər təsadüf olarmı? Avtomatdan tankadək uzanan təsadüf...

Özü də bu, ilk səfər deyil. Aprelin sonlarında da amerikan səfir Zəngəzura təşrif buyurmuşdu. Heç sağlam məram-məqsəd görünmür...

İyulun 23-də gizirimiz Fərman Yaqublu həmin bölgədə həlak olanda məlum paytaxtlardan ciddi reaksiya gəlmədi. Amma elə ki Azərbaycan ordusu cavab tədbirlərinə əl atdı, Dövlət Departamenti vətəndaşlarına “getməyin” çağırışı etdi, narahatlığını bildirdi.

Ermənistandakı səfirlərin sanki ayrı iş-gücü yox imiş, İrəvan-Zəngəzur marşrutunda işləyirmişlər. Bakıdakı hər üç ölkənin səfirləri isə “Biləcəridən o tərəfə” keçmir. Yəqin bir azdan İrəvandakı Fransa səfiri Jonatan Lakottini də Basarkeçər dağlarında görəcəyik. Hələlik getməsə də, mövqeyi ortada. Bu günlərdə diplomatik çərçivəni və etiketləri aşaraq qırmızı xətti keçdi. “status müəyyənləşənə qədər nə Fransanın Bakıdakı, nə Ermənistandakı səfiri Qarabağı ziyarət edə bilməz”, deməklə. Bu səfircik doğrudanmı anlamır Qarabağ Azərbaycan ərazisidir və onun boşboğazlığına yer yoxdur? Yaxşı bilir, sadəcə Ermənistandakı revanşistlərin menyusuna “xaric” oxuyur. Zəngəzur dəhlizinə dil uzadan fransıza anlatmaq gərəkdir ki, Zəngəzurun Azərbaycandan alınıb, Ermənistana verilməsindən bəhs edən manşet yazılarını elə Fransa qəzeti 1920-21-ci illərdə manşetlərdən dərc edib! Ermənicə danışığına ara verib, bir az da fransızca oxusun...Əslində Azərbaycan Dəmir Yollarının balansında olan Mehri dəmir yolu - Zəngəzurdan keçən nəqliyyat dəhlizinin məhv edilməsinə görə Azərbaycan Ermənistana qarşı təzminat davası açmalıdır və açacaq da! Zəngəzur bölgəsi Ermənistana veriləndən sonra belə, Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirən dəmir yolu Azərbaycanın balansında olub, sovetlər zamanı belə!!!

Bölgəyə burun soxmağa çalışan qüvvələr sinirə bilmirlər Azərbaycanın artan uğurlarını. Baxırlar ki, “Azərbaycan Dəmir Yolları” Şuşa istiqamətində dəmir yolu xəttinin çəkilməsi ilə bağlı layihələndirmə işləri aparır.

Zəfər yolundakı tunellərə baxırlar, havalanırlar! Azərbaycan və Türkiyə arasındakı Şuşa Bəyannaməsinin qorxusu canlarından çıxmamış daha bir tarixi anlaşma imzalandı: Azərbaycan, Pakistan və Türkiyə arasında Bakı Bəyannaməsi! Ermənilərdən “maşa” kimi istifadə edənlər görürlər ki, belə getsə, tezliklə “ocaq sönəcək”, odur ki, körükləyirlər, alovlandırmaq istəyirlər! Amma anlamaq istəmirlər ki, odu söndürüb, külü ilə oynayırlar, proseslər geridönməz xarakter alıb! Görünən budur ki, iyulun 27-sindən 28-nə keçən gecə və səhər saatlarında atılan güllələr...Bakı Bəyannaməsinə atıldı, təkcə Azərbaycana yox, Türkiyəyə, həmçinin Ermənistanı ölkə yerinə qoymayan Pakistana! Bu, həm də parlament sədrlərinin Şuşa səfərinə açılan güllələr idi. Çəkindirmək istəyirlər.

Ermənilərin himayədarları baxırlar ki, Şuşa artıq görüş yerinə çevrilib, dəli olurlar bu mənzərədən və erməni ordusuna təxribat təlimatı verirlər. Olsun! Cavablarını alacaqlar. Necə ki, ötən müddətdə aldılar. Böyük oyunların qurbanı olan ermənilər özləri bilsin. Hələ Qarabağdakı 1616-cı meyiti dünən tapdılar. İndi də Basarkeçərdən meyid toplayırlar. Budəfəki böyük müharibədə ikinci Hərbi Qənimətlər Parkı Qərbi Zəngəzurda qurula bilər...

Müşahidələr deyir ki, bu dəfə “atan kazaklar” deyil. Rusiya istəmir ki, onun sülhməramlı imici zədələnsin. Görmədinizmi Laçın dəhlizində atəşkəsin pozulması barədə erməni mənbələrini sülhməramlı videomüraciətlə təkziblədi? Budəfəki güllələri həm də Rusiyanın sülhməramlı missiyasına şərik olmaq istəyən paytaxtlar atdırır erməniyə./musavat.com/
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən çıxmaqdan imtina edir – Müharibə yenidən başlaya bilər

    ŞOK GƏLİŞMƏ: “DQR” silahlıları Kəlbəcərdən ...

    24-11-2020, 10:16

  • 
  • Ermənistan Kəlbəcər rayonu ərazisində mövqelərimizi intensiv atəşə tutub - RƏSMİ

    Ermənistan Kəlbəcər rayonu ərazisində ...

    26-07-2021, 09:52

  • 
  • CƏBHƏDƏ GƏRGİNLİK YENİDƏN ARTIR – Yaşayış məntəqələri atəşə tutuldu

    CƏBHƏDƏ GƏRGİNLİK YENİDƏN ARTIR – Yaşayış ...

    17-05-2017, 21:20

  • 
  • Ermənilər cəbhəboyu mövqelərimizi atəşə tutublar

    Ermənilər cəbhəboyu mövqelərimizi atəşə tutublar ...

    20-04-2017, 10:31

  • 
  • Düşmənin növbəti hərbi obyekti darmadağın edildi - VİDEO

    Düşmənin növbəti hərbi obyekti darmadağın edildi ...

    15-07-2020, 11:53


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu