Erməni silahlı bölmələrinin oktyabrın 17-də gecə saatlarında Gəncə şəhərini raket atəşinə tutması nəticəsində Şahnəzərovlar ailəsinin yaşadığı ev də dağıldı. Ermənistan ərazisindən atılan raketin yaratdığı dağıntılar altından ailənin yalnız bir üzvü - 2017-ci il təvəllüdlü Xədicə Şahnəzərova sağ çıxarılıb
Azyaşlı qızın atası Röyal, anası Züleyxa və yaşyarımlıq bacısı Məryəm isə erməni terrorunun qurbanları olub.Hazırda Şəhnəzərovlar ailəsinin tək yadigarına qohumları baxır. Gundemxeber.Azxəbər verir ki, Xədicəyə məxsus "İnstagram" hesabı istifadədədir. Həmin sosial media hesabında Xədicənin yeni görüntüləri paylaşılıb. İzləyiciləri onun görüntülərinə xoş dualar yazıblar.
Sorğu
Yeni dizaynımız necədir?