GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » Kəlbəcərin ZALLAR kəndini kimlər tarixdən silmək istəyir? - VİDEOMÜRACİƏT

Kəlbəcərin ZALLAR kəndini kimlər tarixdən silmək istəyir? - VİDEOMÜRACİƏT

Tarix: 13-10-2021, 12:48 Bölmə :Bölgə Baxış: 284


Kənd sakinlərindən Prezident İlham Əliyevə ilginc MÜRACİƏT!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə
Kəlbəcər rayonunun Zallar kənd sakinləri tərəfindən

M Ü R A C İ Ə T

Möhtərəm cənab Prezident!
Sizin komandanlığınız altında işğaldan azad edilmiş torpaqlarımıza ziyərətiniz bizi həddindən çox sevindirir. Sizin Kəlbəcərə tarixi səfəriniz zamanı Zallar kəndinin ərazisindən keçərkən kəndimizin adını çəkməyiniz biz Zallar camaatını sözün əsl mənasında qürurlandırdı. Zallar kəndi Murov dağını aşandan sonra Kəlbəcərə gələn qonaqları qarşılayan birinci kənddir. Kəndimizin camaatı olduqca qonaqpərvərdir və doğma torpaqlara qayıdışı səbrsizliklə gözləyirik ki, kəndimiz axarlı-baxarlı günlərinə qovuşsun. Erməni tapdağında olan ata-baba torpaqlarımızı işğaldan azad edərək qaytardığınız və bu möhtəşəm tarixi günü bizə bəxş etdiyiniz üçün Sizə sonsuz təşəkkürlərimizi bildiririk.
Möhtərəm cənab Prezident!
Lakin son bir neçə ayda qədim tarixi köklərə və milli dəyərlərə malik kəndimizə qarşı təxribat xarakterli addımlar atılır. Bu təxribatçılıq və ayrıseçkilik xarakterli addımlar Sizin Kəlbəcərə səfəriniz zamanı bizim kəndinin adını xüsusi olaraq qeyd etdiyiniz tarixdən daha da sürətlənib. Zallar kənd sakinlərinə qarşı hücumlar isə bizimlə qonşu kənd olan Yanşağın bəzi ziyalıları və icra nümayəndəliyi tərəfindən aparılır. Onlar sosial şəbəkələr üzərindən (xüsusən də feysbuk üzərindən)bizi təhqir etməklə yanaşı, Kəlbəcərin son paylaşılan xəritələrində Zallar kəndinin coğrafi mövqeyini saxtalaşıdıraraq ikinci kənd kimi qeyd ediblər. Hələ bu azmış kimi özlərinə onları idarə edən İsmayıl Türkel adlı “prezident”də seçiblər. Hətta, bu şəxsin anası və İcra nümayəndəliyində müavin işləyən dayısı Ali Baş komanadanın rəhbərliyi ilə Azərbaycan Ordusunun işğaldan azad etdiyi Zallar və Yanşaq kəndini, Yanşaq yazılan lövhənin basdırılmasını təxribatçı əməllərlə məşğul olan İsmayıl Türkelə “hədiyyə”ediblər. Belə ki, kənd inzibati ərazi dairsəinin rəhbər şəxsləri icazəsiz (portalda qeydiyyatdan keçmədən) Kəlbəcər ərazisinə daxil olaraq Yanşaq sözü yazılan lövhəni Yanşaq kəndinin girişinə deyil, qəsdən Zallar kəndinin mərkəzinə basdırıblar. Cənab Prezidentin Kəlbəcərə tarixi səfəri zamanı kəndinin girişinə asılmış Zallar yazısını isə 2020-ci ilin noyabrında bir dəfə çıxarıb kənara atmışdılar. Sonradan kənd sakinlərinin etirazı sayəsində tanıtım lövhəsi bərpa edildi. Eyni zamanda Zallar adı yazılan lövhənin üzərinə sakinlərin asdığı Azərbaycan və Türkiyə bayraqlarını da çıxarıblar. Belə addımların isə hansı hüquqi məsuliyyət yaratdığını şərh etməyə ehtiyac yoxdur.
Möhtərəm cənab Prezident!
Diqqətinizə çatdıraq ki, Zallar kəndinin 3000 nəfərdən yuxarı əhalisi var. Kəndimiz Kəlbəcər işğal edilməmişdən əvvəl (1993-cü ilə kimi) Yanşaq kənd İcra nümayəndəliyinin tərkibində olub. Hazırda da Yanşaq kənd İnzibati Ərazi Dairəsinin tərkibindədir. Baxmayaraq ki, Yanşaq kəndinin əhalisi bizim kəndin əhalisindən 5 dəfə azdır və ərazi baxımından da bizim kənd Yanşaqdan xeyli böyükdür. Ancaq onlar hər vəchlə bizim üzərimizdə ağalıq etmək, bizi aşağılamaq və gözdən salmaq istiqamətində addımlar atırlar. Bu işin əsas ilhamverciləri isə İnzibati Ərazi Dairəsinin rəhbərliyidir.
Konkret desək, adını dövlət məmuru qoyan Niyaməddin İsayev, Tahir Məmmədov və guya minaya düşdüyünü ölkəyə car çəkən, dövləti aldadan Şöhrət Cəfərov kimi yalançı “qəhrəman”lar qızışdırıcı mövqe sərgilməklə yanaşı, odu körükləməklə məşğuldur. Dövlət qulluqçusu olan Tahir Məmmədovla Şöhrət Cəfərovun əhali arasında ayrıseçkiliyin salınmasında “əməyi” böyükdür. Əslində isə hər bir məmurun qarşında duran başçlıca vəzifə fəaliyyət dairəsindəki əhaliyə, sakinlər bərabər şəkildə xidmət etməkdir. Ancaq bütün halların fonunda görünən odur ki, bu iki böyük kəndin bir nümayəndəlik altında olması bir sıra ciddi çətinliklər törədir və qanunsuz hərkətlərinə son verilməyən kəndin başbilən məmurları və özünün ziyalı sayan bəzi şəxslər hər ötən gün çirkin əməllərini davam etdirirlər. Konkret desək, Yanşaq kəndindən olan bəzi maraqlı qüvvələr kənd camaatını bir-birinə vurdurmaqla məqsədli şəkildə gərginlik yaradırlar. İsmayıl Türkel və özlərini Yanşaq kəndinin aparcı qüvvəsi hesab edənlər məqsədli şəkildə sosial şəbəkələr üzərindən bizim kəndin tarixini saxtalaşdırmaq istiqamətində çirkin kampaniyalar aparır, kənd sakinləri haqqında aşağılayıcı fikirlər yayırlar. Bununla bağlı əlimizdə kifayət qədər sübutlar var. Yaranmış vəziyyətlə bağlı dəfələrlə Kəlbəcər Rayon İcra Hakimiyyətinə və Millət vəkilimizə müraciətlər etsək də, heç bir nəticəsi yoxdur. Görünən odur ki, Kəlbəcər rayon İcra Hakimiyyəti də bu çirkin oyunların təşkilatçılarına havadarlıq edir. Əgər belə olmasaydı bu günə kimi hər hansı bir addım atardılar. Ancaq rayon rəhbərliyi də deyəsən qədim türk torpağı olan Zallar kəndinin adının tarixdən silinməsində maraqlıdır. Əcəba niyəə??? Axı bizim kəndimiz qədim etnoqrafik köklərə malik tarixi kənddir və xeyli sayda ziyalılar, qəhrəmanlar yetişdirib. Eyni zamanda bu günə kimi torpaqlarımızın erməni işğalından azad olunması uğurunda üç hərbi Şəhid, 6 mülki Şəhid vermişik. 40 nəfərə yaxın qəhrəman qazi və veteranlarımız var. Ömər aşırımından keçən kimi ilk kənd Zallardır. Bunu bütün kəlbəcərlilər bilir və dövlətimizin hazırladığı inzibati xəritədə də məhz ilk kənd Zallar göstərilib. Amma təxribarçılıq və ayrıseçkilik salan bəzi Yanşaq sakinləri nədənsə bu reallığı qəbul etmək istəmirlər. Sanki bu addımları ilə dövlətə meydan oxuyurlar. Hələ bu azmış kimi açıq şəkildə bəyan edirlər, sosial şəbəkələr üzərində yazırlar ki, biz yuxarı orqanlarda, Nazirlər kabinetində, Əmlak xidmətində, xəritəçəkmə ilə məşğul olan qurumlarda adamlarımız var və Zalların xəritədən silinməsi üçün hər addımı atacağıq.
Möhtərəm cənab Prezident!
Bizə qarşı edilən ayrıseçkilik və təxribatçı əməllərlə bağlı daha bir faktı diqqətinizə çatdıraq. Bizim şəxsiyyət vəsiqələrimizdə bu günədək qeydiyyat yeri ZALLAR kəndi kimi qeyd edilirdi, yəni ZALLAR kənd sakini kimi. Ancaq son zamanlar şəxsiyyət vəsiqəsi və doğum şəhadətnamələri alanlara Yanşaq kənd sakini yazılır. Bu da haqlı olaraq kənd camaatının narazılığına səbəb olur. Sizcə, bu addımlar Kəlbəcərin və ümumilikdə ölkəmizin tarixinin bilərəkdən, ya bilməyərəkdən saxtalaşdırılması, tariximizə həqarət deyilmi? Axı Siz müzəffər Ali Baş komandan kimi torpaqlarımızın hər azad olunduğu gün həm də ərazilərimizin tarixi adlarını özünə qaytardınız.
Bəs özünü Yanşaq kəndinin başbilənləri hesab edən kiçik məmurların və onların qanunsuz əməllərinə göz yuman Kəlbəcər Rayon İcra Hakimiyyətinin məqsədi nədir? Axı bizim tariximizi, milli kimliyimizi bu günə kimi yalnız mənfur ermənilər, çar rejimi və sovet Rusiyası silməyə çalışıb.
Möhtərəm cənab Prezident!
Siz bütün çıxışlarınızda qeyd edirsiniz ki, vətəndaşları incitmək olmaz. Vətəndaşlara xidmət etmək bütün məmurların borcudur. Əhalini narazı salanlar mütləq cəzalanacaqdır. 3000(üç min) nəfərdən çox əhalisi olan böyük və qədim tarixə malik bir kəndin sakinlərini narazı salmaqla Kəlbəcər Rayon İcra Hakimiyyəti və kənd İnzibati Ərazi Dairəsi əslində dövlət qarşısındakı vəzifə öhdəliklərini yerinə yetirmir. İcra hakimiyyəti bizim üzləşdiyimiz problemi və yaxın gələcəkdə daha böyük problemlərə yol aça biləcək vəziyyəti nəzarətə götürmək üçün heç bir addım atmır. Onun əvəzində kənd İnzibati Ərazi Dairəsi camaatı çörəkpulun kəsməklə, işlərindən çıxarmaqla hədələyir və təhdid edir. Ona görə də sakinlərin bir hissəsi qorxusundan susmaq məcburiyyətindədir. Onu da vurğulayaq ki, kənd icra nümayəndəliyinin özbaşınalığı o həddə çatıb ki, onların məqsədi bizi öz əsarətində saxlamaqdır. Çünki bu cür addımlar, ayrıseçkiliklər illərdir davam edir. Onlar hətta bizi hədələyirlər ki, siz bizdən ayrıla bilmərsiniz, biz nə deyirik o da olmalıdır.
Möhtərəm cənab Prezident!
Yuxarıda qeyd edilənləri nəzərə alaraq və gələcəkdə hər hansı bir xoşagəlməz halların qarşısının alnması məqsədi ilə Sizdən xahiş edirik ki, bizim kəndin ayrıca Kəlbəcər Rayon ZALLAR kənd İnzibati Ərazi Dairəsi kimi ayrılması üçün müvafiq qaydada köməklik göstərəsiniz.
Əvvəlcədən minnətdarlığımızı bildirirk.
Kəlbəcər rayon Zallar kənd sakinləri:
1.______________________Rəhimov Mikayıl Şahbaz oğlu
2.______________________Paşayeva Yeganə Murğuz qızı
3.______________________Tapdıqov Mənsur Arıx oğlu
4.______________________Rəhimova Müşərrəf Mənaf qızı
5.______________________Novruzlu Ruslan Qoca oğlu
6.______________________Məmmədov Ramiq Kamran oğlu
7.______________________Qurbanova Yasəmən İsa qızı
8.______________________Qurbanova sadəgül Zallar qızı
9.______________________Məmmədov Kamran İsmayıl oğlu
10._____________________Qurbanov İsa Hümmət oğlu
11._____________________Misirov Rahil Ərəstün oğlu
12._____________________Hüseyova Nuridə Həsən qızı
13._____________________Zalov Zallar Zöhrab oğlu
14._____________________Zalova Vətən Mirağa qızı
15._____________________Zalova Alagöz Rəhim qızı
16._____________________Zalov Cavad Zöhrab oğlu
18._____________________Ədilov Sabir Muradxan oğlu
19._____________________Zalova Nəcibə Sabir qızı
20._____________________Zalov Elmir Zöhrab oğlu
21._____________________Paşayev Vüqar İbrahim oğlu
22._____________________Misirov Nemət Şikar oğlu
23._____________________Paşayeva Tovuz Vüqar qızı
24._____________________Misirov Nicat Murğuz oğlu
25._____________________Rəhimov Məskan Mikayıl oğlu
26._____________________Misirov Ramil Ərəstün oğlu
27._____________________Zalova Gözəl Zallar qızı
28._____________________Zalov Samir Zallar oğlu
29._____________________Məmmədova Elmira Murğuz qızı
30._____________________Misirova Tamella Nemət qızı
31._____________________Yunusova Mülüfər Həsən qızı
32._____________________Əliyeva Pünhan Elbrus qızı
33._____________________Məmmədov Cahangir Hüseyn oğlu
34._____________________Abdullayeva Məhsəti Əsgərxan qızı
35._____________________Abdullayev Rasəf Həsən oğlu
36._____________________Mamedova Zərovşan Rüstəm qızı
37._____________________Vəliyeva Leyla Saməddin qızı
38._____________________Məmmədov Səməddin Kamran oğlu
39._____________________Məmmədov Samir Səməddin oğlu
40._____________________Məmmədov Ülvi Cahangir oğlu
41._____________________Orucov Yolçu Məhəmməd oğlu
42._____________________Məmmədova Tünzalə Nəsrəddin qızı
43._____________________Orucova Məryəm Əvəz qızı
44._____________________Misirov Əlzamin Şikar oğlu
45._____________________Əsgərova Təranə Həsən qızı
46.______________________Tapdıqova Aynurə Arıx qızı
47.______________________Məmmədova Fərizə Cahangir qızı
48.______________________Tapdıqov Elçin Arıx oğlu
49.______________________Hüseynova Nuridə Həsən qızı
50.______________________İsayeva Şəlalə Cahangir qızı
51.______________________Tapdıqova Fitat Musa qızı
52.______________________Ədilova Gülvar Rıza qızı
53.______________________Tapdıqov Elnur Arıx oğlu
54.______________________Misirova Tamara Nemət qızı
55.______________________Ədilov Mürşüd Muradxan oğlu
56.______________________Ədilova Kifayət Çırax qızı
57.______________________Misirov Ramin Mais oğlu
58.______________________Misirova Tamara Məhəmməd qızı
59.______________________Qurbanova Lamiyə İsa qızı
60.______________________Mirzəyeva Cahan Zallar qızı
Dünyanınsəsi.Az

Zallar kənd sakinlərinin videomüracitlərini təqdim edirik:


GUNDEMXEBER.AZ




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident: "Torpaqlarımızı işğal altında saxlayan ölkə Azərbaycan mədəniyyətinin izini silmək istəyirdi"

    Prezident: "Torpaqlarımızı işğal altında ...

    13-01-2021, 15:15

  • 
  • Kəlbəcərə komendant təyin edilib, polis şöbəsi şəhərin mərkəzində yerləşdirilib

    Kəlbəcərə komendant təyin edilib, polis şöbəsi ...

    2-12-2020, 11:56

  • 
  • İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası üçün 4 milyon manat ayrıldı

    İşğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin ...

    24-01-2017, 20:56

  • 
  • Prezident İlham Əliyev: "Cocuq Mərcanlı kəndinin bərpası tarixi hadisədir"

    Prezident İlham Əliyev: "Cocuq Mərcanlı ...

    14-06-2017, 18:49

  • 
  • Prezident: "Kəlbəcər işğaldan azad edildi"

    Prezident: "Kəlbəcər işğaldan azad ...

    25-11-2020, 12:16


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (522)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu