Astara rayonunun Diqo kəndi yaxınlığında dağ-meşə ərazisində yanğın başlayıb.
Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumat qəbul ediləndən dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.
İlkin məlumata əsasən, qeyd olunan ərazidə təqribən 20 hektar sahədə kol-kos, xəzəl və qurumuş ağac kötükləri yanır.
Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?