GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Bölgə » “Zaqatalada həkimlər rəhbərliyə 200 manat verərək iş saatında başqa müəssisədə işləyirlər”

“Zaqatalada həkimlər rəhbərliyə 200 manat verərək iş saatında başqa müəssisədə işləyirlər”

Tarix: 7-04-2022, 16:44 Bölmə :Bölgə Baxış: 320

Zaqatala Rayon Mərkəzi Xəstəxanasında həkimlərin iş saatlarında müəssisədə olmadıqları iddia edilir.

Bu barədə Oxu.az-ın redaksiyasına vətəndaş tərəfindən müraciət ünvanlanıb. Müraciətdə iddia olunur ki, Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin (ASM) həkimləri bir neçə iş yerində çalışır və rəsmi iş saatlarında aidiyyəti üzrə iş başında olmurlar.

Vətəndaş deyir ki, bu səbəbdən Zaqatala Rayon Mərkəzi Xəstəxanasının önündə xəstə əlindən tərpənmək olmur:

“Heç bir həkimi iş yerində tapmaq mümkün deyil. Soruşanda ki, həkim haradadır, bizə onların başqa hospitallarda işlədiklərini deyirlər. Həkimlər rəhbərliyə 200 manat verərək iş saatlarında başqa tibb müəssisəsində işləyirlər. Orada da həkim qəbulu ən azı 20 manatdır. Nə Səhiyyə Nazirliyi, nə də TƏBİB həkimlərin iş rejimini yoxlayırlar. Xahiş edirik, bu məsələni araşdırsınlar”.

Şikayətlər içərisində İcbari Tibbi Sığortadan istifadə edə bilmədiklərini də qeyd edən vətəndaş müraciətlərinin hər birinin başqa müəssisələrə göndərildiyini bildirir.

Vətəndaşın iddialarının nə dərəcədə həqiqəti əks etdirdiyini öyrənmək üçün sözügedən Zaqatala Rayon Mərkəzi Xəstəxanası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə sorğu ünvanladıq.

Zaqatala Rayon Mərkəzi Xəstəxanasından Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, orada fəaliyyət göstərən həkimlər iş saatlarında (09:00-16:00) iş yerlərində olurlar:

“İş saatı bitdikdən sonra həkimlərin özəl xəstəxanalarda fəaliyyət göstərmələrinə xəstəxana rəhbərliyi müdaxilə edə bilməz. Bəzi müayinələr üçün xəstələr yalnız öz istəkləri ilə bəzi hallarda özəl xəstəxanalara yönləndirilirlər. Bunlarla bağlı yaranmış narazılıq və şikayətlər əsassızdır. Zaqatala RMX PHŞ-də (Publik Hüquqi Şəxs) fəaliyyət göstərən həkimlərin heç biri özəl tibb müəssisələrində müqavilə ilə çalışmır”.

Vətəndaşların icbari tibbi sığorta sistemi çərçivəsində tibbi xidmətlərdən yararlana bilməməsi məsələsi ilə bağlı Agentlikdən isə sorğumuza cavab olaraq bildirilib ki, ilkin tibbi-sanitariya yardımı ilə bağlı Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzlərində tibbi xidmət göstərilir:

“Vətəndaşlar qeydiyyatda olduqları ərazidən asılı olmayaraq ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan Zaqatala Rayon Mərkəzi Xəstəxanasına şəxsiyyət vəsiqəsini təqdim etməklə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən də yararlana bilərlər. Bununla yanaşı, vətəndaşlar yaşadıqları və ya qeydiyyatda olduqları ərazidən asılı olmayaraq, ixtisaslaşdırılmış ambulator tibbi yardım üçün göndəriş olmadan digər şəhər və rayonlarda istənilən dövlət tibb müəssisəsinə müraciət edə bilər.

Bu tibb müəssisələrinə rayon/şəhər mərkəzi xəstəxanaları, müalicə-diaqnostika mərkəzləri, birləşmiş şəhər xəstəxanaları, birləşmiş uşaq xəstəxanaları, şəhər klinik xəstəxanaları, vərəm əleyhinə tibb müəssisələri, habelə Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, M.A.Topçubaşov adına Elmi-Cərrahiyyə Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, Respublika Endokrinoloji Mərkəz və s. tibb müəssisələri aiddir.

Qeyd edək ki, dövlət tibb müəssisələrində stasionar şəraitdə (xəstəxanada yatış) göstərilən tibbi xidmətlər üçün göndəriş vərəqəsinin verilməsi tələb olunur. Bunun üçün vətəndaş ailə həkimi (sahə həkimi-terapevti, sahə həkimi-pediatrı) və ya ixtisaslı həkim (müalicə həkimi) tərəfindən göndəriş vərəqəsi almalıdır. Belə ki, qanunvericiliyə əsasən, vətəndaş tərəfindən neqativ hal ilə bağlı əsaslandırılmış sübut təqdim edildiyi təqdirdə fakt müvafiq qaydada araşdırılır. Təsdiqini tapmış fakta dair hüquq-mühafizə orqanlarına müraciət edilir. Tibb işçisinin hüquq pozuntusuna yol verdiyi sübut olunarsa, o, qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunur”.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi haqqında ŞOK İTTİHAMLAR

    Zaqatala Mərkəzi Xəstəxanasının baş həkimi ...

    17-02-2016, 13:35

  • 
  • ŞOK, ŞOK!  Xəstəxanada Ana niyə dünyasını dəyişdi?

    ŞOK, ŞOK! Xəstəxanada Ana niyə dünyasını dəyişdi? ...

    22-02-2016, 13:20

  • 
  • Polisin qulağını dişlədi-Zaqatalada

    Polisin qulağını dişlədi-Zaqatalada ...

    26-08-2013, 12:02

  • 
  • Zaqatalada maşın atəşə tutuldu, 3 nəfər öldü

    Zaqatalada maşın atəşə tutuldu, 3 nəfər öldü ...

    24-11-2013, 19:42

  • 
  • Zaqatala xəstəxanasında dəhşətlər

    Zaqatala xəstəxanasında dəhşətlər ...

    10-07-2015, 12:49


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu